SƏTƏM üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 fevral 2026

Son Tarix: 25 mart 2026

Təsvir

Vəzifə öhdəlikləri.

  • İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;

  • İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;

  • Əməyin mühafizəsi üzrə qanunvericiliyin və qaydaların yenilikləri barədə işçi heyətini tanış etmək və onlara əməl edilməsinə nəzarət etmək;

  • İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;

  • İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;

  • İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;

  • Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;

  • SƏTƏM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsi;

  • SƏTƏM üzrə daxili və xarici auditlərin təşkili və həyata keçirilməsi;

  • SƏTƏM üzrə qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi;

  • Xəsarət və hadisələr baş verdiyi təqdirdə onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi.

Tələblər

Tələb olunanlar:

  • Ali təhsil (mühəndislik, ekologiya, təhlükəsizlik və uyğun sahələr üzrə);

  • SƏTƏM sahəsində minimum 1 il iş təcrübəsi;

  • MS Office (Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;

  • ISO 45001 və 14001 standartları üzrə biliklər;

  • Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı;

İş yeri: Abşeron rayonu, Mehdiabad qəsəbəsi.

Maraqlanan namizədlər öz CV-lərində SƏTƏM qeyd ederək qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9776

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Baş mühasib

Tam Ştat

Vəzifə öhdəlikləri. Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və uçot registrlərində düzgün əks etdirilməsinə nəzarət etmək. Mühasibat uçotu standartlarına, normativ tələblərə və vergi qanunvericiliyinə uyğunluğuna nəzarət etmək. Mühasibat uçotu siyasətini hazırlamaq və tətbiqinə rəhbərlik etmək. Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması və təqdim edilməsi, hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması, zəruri hallarda vergi orqanlarında təmsilçilik. Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət. Vergi qanunvericiliyində baş verən dəyişikliklərdən xəbərdar olmaq və vergi öhdəliklərini minimuma endirmək, vergi strukturunu optimallaşdırmaq üçün strategiyalar tətbiq etmək. Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək. Xarici və daxili hesabatların təqdim edilmə müddətlərini effektiv şəkildə idarə etmək, bütün normativ və maliyyə hesabatı tələblərinə riayət olunmasına nəzarət etmək. Mühasibat uçotu, qeydiyyat, dövr sonu bağlanış proseslərini təşkil və nəzarət etmək, sənədlərin saxlanması üzrə tələblərə uyğunluğu təmin etmək. Debitor və kreditor borclarına nəzarət və mütəmadi üzləşdirmələrin aparılmasına nəzarət etmək. Pul vəsaitlərinin hərəkətinə nəzarət etmək, banklarla münasibətləri idarə etmək və müəssisənin işlək kapitalını optimallaşdırmaq. Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər qiymətlilərin dövri və tələb olunan müddətlərdə inventarizasiyasını təşkil və ona nəzarət etmək, nəticələrinin rəsmiləşdirilməsini təmin etmək. İdxal və istehsal olunmuş məhsulların maya dəyərinin hesablanması. Daxili maliyyə nəzarəti və şirkət prosedurlarına uyğunluğun təmin edilməsi. Banklarla, auditorlarla və vergi orqanları ilə münasibətləri qoruyub saxlamaq, əməliyyatların fasiləsizliyi və aydın kommunikasiyanı təmin etmək. Vergi yoxlamaları və audit prosesləri üçün tələb olunan məlumatları təqdim etmək, auditorlarla əməkdaşlıq etmək və vergi tələblərinə uyğunluğu təmin etmək. Mühasibatlıq şöbəsinin iş bölgüsünə və təlimatlandırılmasına dəstək göstərmək, əməkdaşların fəaliyyətinə nəzarət etmək. Mühasibatlıq əməliyyatlarının ERP sisteminə düzgün işlənməsini təmin etmək və sistem üzrə inkişaflara dəstək olmaq.