Baş mühasib

Bakı

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 18 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili və idarə olunması

  • Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və registrlərdə düzgün əks etdirilməsinə nəzarət

  • Mühasibat (maliyyə) hesabatlarının vaxtında hazırlanması və təqdim edilməsi

  • 1C proqramında mühasibat uçotunun düzgün qurulması və davamlı işlənilməsi təmin edilməsi

  • Əsas vəsaitlər, maddi-əmtəə ehtiyatları və pul vəsaitlərinin hərəkətinin uçotuna nəzarət

  • Vergi hesabatlarının (ƏDV, ÖMV, mənfəət vergisi, əmlak vergisi və s.) hazırlanması və təqdim edilməsi

  • Bank əməliyyatlarının və maliyyə hesablaşmalarının operativ uçotunun təşkili

  • Müqavilələr üzrə ödənişlərin vaxtında icrasına nəzarət

  • Şirkətin maliyyə vəziyyəti, pul axını və debitor borcları üzrə hesabatların hazırlanması

  • Xəzinə, bank əməliyyatları, əsas vəsaitlər və öhdəliklərin uçotunun aparılması

  • Aylıq əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması) və əmək haqqlarını ödəmək;

  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.

  • DSMF-yə ödənişlərin düzgün hesablanması və nəzarəti

Tələblər

  • Yaş: 30–45

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat)

  • İş təcrübəsi minimum 5 il

  • Dil bilikləri: Azərbaycan və Rus dilləri – mükəmməl

  • Kompüter bacarıqları: MS Office (xüsusilə Excel yüksək səviyyədə), 1C proqramı-yaxşı səviyyədə

  • Vergi, Əmək və digər qanunvericilik üzrə biliklər

  • Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi

  • PMS sertifikatı mütləqdir

  • İdarəetmə və təşkilatı bacarıqlar

  • Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət etmək;

İş şəraiti

  • İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə

  • 5 iş günü – 09:00-18:00 (şənbə və bazar istirahət günü)

  • Bayram günləri istehsalat təqviminə uyğun olaraq

  • Əmək haqqı: müsahibə əsasında təyin olunacaq

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Baş mühasib” qeyd etməklə göndərmələri xahiş olunur

Necə Müraciət Etmək Olar

Around Group MMC

Around Group MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16656

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Satış nümayəndəsi

Tam Ştat

25 ildən çoxdur ki, ticarət marketinqi, satışların və komandaların idarə edilməsi, satış kanallarının inkişafı, tədbirlərin təşkili, digital prodakşın və promociyanın həyata keçirilməsi, eləcə də personalın seçilməsi və təlimini uğurla həyata keçiririk. Xidmətlərimizin geniş spektrinə daxildir: Offline təşviqat: Promoaksiyalar, BTL-marketinq, pop-up mağazalar, tədbirlərin təşkili, motivasiya proqramları Kadr seçimi və təlim: Mütəxəssis axtarışından başlayaraq sıravi heyətin kütləvi şəkildə işə götürülməsi və öyrədilməsi Rəqəmsal xidmətlər: Vebsaytların hazırlanması, dizayn, çat-botların yaradılması, media təşviqatı, videoprodakşn, SMM, 3D modelləşdirməSatış komandamıza yeni əməkdaşlar axtarılır! İş şəraiti İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə 5 iş günü - saat 18:00-dan - 01:00-dək (bazar ertəsi və çərşənbə axşamı istirahət günü) Əmək haqqı: NETT 840 AZN + bonuslar Biz təklif edirik: Yenilikçi və dinamik inkişaf edən şirkətin üzvü olmaq Peşəkar və karyera yüksəlişi üçün imkanlar Rəqabətli əmək haqqı və satışa bağlı bonuslar Yeni ideya və yanaşmalara açıq mühit Şirkət tərəfindən nəqliyyat vasitəsi və forma təmin olunur Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini cv@aroundgroupp.com poçt ünvanına Subject/Mövzu hissəsində “Satış nümayəndəsi” qeyd etməklə göndərmələri xahiş olunur. İş haqqında Təhsil: Orta/Natamam ali İş təcrübəsi: Satış və ya promo sahəsi üzrə minimum 1 il iş təcrübəsi Müxtəlif məkan və tədbirlərdə aktiv satışın həyata keçirilməsi Müştərilərlə düzgün və peşəkar ünsiyyət qurmaq Aktiv, məsuliyyətli və ünsiyyətcil olmaq Əlavə dil bilikləri üstünlükdür Yaş: 21 – 35 Cins: Yalnız Xanım namizədlər.

Bakı