Onlayn moderator
Tam Ştat
Orta Səviyyə
1.500 AZN-dən
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 27 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Sayt üzərindən verilən sifarişləri izləmək, müştəri alışa başlayıb amma tamamlamadıqda onunla əlaqə saxlayaraq səbəbləri öyrənmək;
Çat, email və telefon vasitəsilə daxil olan müraciətləri cavablandırmaq, məhsullar və sifarişlərlə bağlı müştərilərə dəstək olmaq;
Müştərinin alış prosesini tamamlamasına kömək etmək və suallarını cavablandırmaq;
Çatdırılma zamanı yaranan problemləri həll etmək, müştəri, satıcı və kuryer arasında əlaqə qurmaq;
Müştərini alış prosesi boyunca – məhsulun seçilməsindən çatdırılmaya qədər – müşayiət etmək;
Satıcılara platformada qarşılaşdıqları texniki və ya funksional çətinliklərdə kömək etmək;
Sifarişini tamamlamayan və ya aktiv olmayan istifadəçilərlə əlaqə saxlamaq;
CRM, trekerlər və digər daxili sistemlərdə işləmək;
Yeni istifadəçilərə platformadan necə istifadə etməyi, məhsul yerləşdirmə və sifariş formalaşdırma qaydalarını izah etmək;
Texniki dəstək, marketinq və digər komandalarla birlikdə işləyərək müraciətlərin cavablandırılmasına yardım göstərmək;
Sistemdəki məlumatların və hesabatların düzgünlüyünü yoxlamaq;
İstifadəçilərin platformadakı aktivliyini artırmaq üçün təşəbbüskar olmaq;
Texniki problemlərin aradan qaldırılmasında iştirak etmək.
Tələblər
Ali təhsil (Kommunikasiya, Marketinq və ya oxşar sahə üzrə diplom üstünlükdür).
Müştəri xidməti, çağrı mərkəzi və ya onlayn moderator sahəsində 1-3 il təcrübə.
Azərbaycan və rus və ya ingilis dillində səlis danışıq
Eyni anda çoxsaylı sorğuları idarə etmək və sürətli işləmək bacarığı.
CRM sistemləri ilə işləmək bacarığı (Zendesk, Salesforce – üstünlükdür).
Onlayn platformalarda rahat işləmək, tapşırıqları və müraciətləri idarə etmək, kommunikativ və operativ olmaq bacarığı.
Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək
Biz təklif edirik:
Əmək haqqı: 1500 AZN
Rəsmi əmək müqaviləsi
İş rejimi: 5/2
İş saatları: 9:00 – 18:00
İş yeri: Babək plaza
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: +994 10 253 59 56
Necə Müraciət Etmək Olar
Around Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14779
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə