Baş mühasib

Tam Ştat

Yüksək Səviyyə

1.550 AZN-dən

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 21 may 2026

Təsvir

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Nərimanov prospekti

  • İş qrafiki: 6 günlük iş rejimi

  • Əmək haqqı 1550AZN

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkili və aparılması

  • Vergi, maliyyə və statistik hesabatların hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim edilməsi

  • ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin düzgün hesablanmasına və icrasına nəzarət

  • Kameral və səyyar vergi yoxlamaları zamanı şirkətin təmsil olunması, müvafiq izahatların hazırlanması

  • 1C proqramında mühasibat uçotunun düzgün qurulması və davamlı nəzarətin təmin edilməsi

  • Bank əməliyyatlarına, ödəniş tapşırıqlarına və pul vəsaitlərinin hərəkətinə nəzarət

  • Debitor və kreditor borclarının uçotunun aparılması və müntəzəm monitorinqi

  • Əmək haqqının hesablanmasına, vergi və sosial ödənişlərin düzgün tətbiqinə nəzarət

  • Maliyyə intizamının qorunması və effektiv daxili nəzarət mexanizmlərinin qurulması

  • Şirkət rəhbərliyinə müntəzəm maliyyə hesabatlarının və analitik məlumatların təqdim edilməsi

  • Audit yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim olunması

  • Mövcud olduğu halda, mühasibat komandasının işinin təşkili, koordinasiyası və idarə olunması

Tələblər

  • Ali təhsil

  • Müvafiq vəzifədə azı 1-3 il iş təcrübəsi

  • PMS mütləqdir

  • Azərbaycan dili səlis, rus dili arzuolunandır (ingilis dili üstünlükdür)

  • MS Office proqramlarında işləmək bacarığı

  • Ünsiyyət və təşkilatçılıq bacarığı1C və ya digər MS proqramlarında işləmək bacarığı

Uyğun Namizədlər öz cvlərini “Baş mühasib” başlığı ilə göstərilən elektron poçt ünvanına göndərsin. Əlavə sual yaranarsa 050-257-80-36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15289

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya