Baş mühasib
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 24 may 2026
Təsvir
Komandamıza maliyyə və mühasibat uçotunun düzgün təşkilini və idarə olunmasını təmin edəcək Baş Mühasib axtarışındayıq. Təcrübəsinə və peşəkar bacarıqlarına güvənən namizədləri aramızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri:
Maliyyə hesabatlarının dəqiqliyini və tamlığını təmin etmək
Maliyyə təhlili aparmaq və şirkətin göstəricilərini qiymətləndirmək
İllik büdcə və maliyyə proqnozlarının hazırlanmasında iştirak etmək
Vergi qanunvericiliyinə uyğunluğu təmin etmək, vergi bəyannamələrinin hazırlanmasına nəzarət etmək
Pul axınının idarə olunması və maliyyə əməliyyatlarının düzgün uçotunun aparılması
Bank və baş kitab üzrə üzləşdirmələrin həyata keçirilməsi
Əsas vəsaitlər və inventar uçotunun idarə edilməsi və yenilənməsi
ƏDV və digər vergi hesablamalarının aparılması
Outsource əmək haqqı məlumatlarına əsasən ödənişlərin icrası
Kiçik mühasibat heyətinə rəhbərlik və nəzarət
Maya dəyəri və gəlirlilik təhlillərinin aparılması
Mühasibat dövrlərinin açılış və bağlanış əməliyyatlarının icrası
Tələblər
Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
Baş mühasib kimi minimum 3 il iş təcrübəsi (ticarət sahəsi üstünlükdür)
Mühasibat uçotu və vergi qanunvericiliyini dərindən bilmək, dəyişiklikləri izləmək
Vergi, Statistika və digər dövlət hesabatlarının hazırlanması və təqdim edilməsi
Bank və kassa əməliyyatlarının düzgün uçotu
1C 8.3 proqramında sərbəst işləmək
MS Excel daxil olmaqla MS Office bilikləri
PMS sertifikatı (ACCA/DipIFR üstünlükdür)
Güclü analitik düşüncə və problem həll etmə
Dəqiqlik və detallara yüksək diqqət
Stressə davamlılıq və operativ qərarvermə
Şirkət nə təklif edir:
Rəqabətə davamlı əmək haqqı və müavinətlər paketi
Xarici ölkələrdə nümayəndəlikləri olan yerli şirkətdə iş təcrübəsi
Şəxsi və peşəkar inkişaf imkanları
Dinamik və böyüməkdə olan şirkətdə işləmək imkanı
Prestijli, şəhər mərkəzində yerləşən ofis mühiti
Doğum günü bonusları (sınaq müddətindən sonra)
Özəl tibbi sığorta (sınaq müddətindən sonra)
Fitness təminatı (sınaq müddətindən sonra)
Korporativ mobil nömrə və digər üstünlüklər
Maraqlanan namizədlərdən mövzu yerində vəzifə adını qeyd etməklə öz CV-lərini göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
**İş yeri:**Hyatt Regency Tower3
Necə Müraciət Etmək Olar
Almet Trading LLC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14762
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə