SƏTƏMM üzrə mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 22 may 2026
Təsvir
İş şəraiti:
Ünvan: Sumqayıt şəhəri
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
İş qrafiki: 5 günlük iş həftəsi
Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı
Vəzifə öhdəlikləri:
İş yerlərində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) qaydalarına nəzarətin həyata keçirilməsi;
Texniki istismar qaydaları (TİQ), təhlükəsizlik texnikası qaydaları (TTQ) və yanğın təhlükəsizliyi qaydalarına (YTQ) riayət olunmasının təmin edilməsi;
İstehsalatda baş verə biləcək zədələnmə və risklərin təhlili, qarşısının alınması üzrə tədbirlərin hazırlanması və icrasına nəzarət;
İş yerlərində sanitar-texniki vəziyyətin, bina, qurğu və avadanlıqların əməyin mühafizəsi baxımından yoxlanılması;
İş şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər planlarının hazırlanması və həyata keçirilməsi;
Ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin icrasında iştirak;
Yeni işə qəbul olunan əməkdaşlar üçün giriş təlimatlarının keçirilməsi;
İşçilərin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılması və attestasiya prosesində iştirak;
Təlimatların hazırlanmasında və tətbiqində iştirak;
İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak;
SƏTƏM üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına və düzgün istifadəsinə nəzarət;
Ventilyasiya sistemlərinin, qoruyucu qurğuların və təhlükəsizlik vasitələrinin vəziyyətinə nəzarət
Tələblər
Müvafiq sahə üzrə ali təhsil;
SƏTƏM sahəsində iş təcrübəsi;
Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Məsuliyyətlilik və operativlik;
Kompüter bilikləri.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Almet Trading LLC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14329
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə