Baş Mühasib

Bakı

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 4 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Mühasibat hesabatının  düzgün və səmərəli təşkili;

  • Mühasibat sənədlərinin tərtibinə və arxivləşdirilməsinə nəzarət;

  • Müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq hesablanmasını təşkil etmək;

  • Əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsal xərclərinin və satışın hesabatı;

  • Vergi, Statistika və digər dövlət orqanlarına təqdim olunan hesabatların hazırlanması;

  • Maliyyə şöbəsində iş prosesinin düzgün və operativ şəkildə idarə olunması;

  • İstehsal məhsullarının maya dəyərinin dəqiq hesablanmasına nəzarət;

  • Bank və kassa əməliyyatlarının düzgün aparılması;

  • Aylıq xərclər smetasının hazırlanması və xərclərin nəzarətdə saxlanılması;

  • Maliyyə intizamının və vəsaitlərin düzgün istifadəsinin təmin olunması;

  • Mal - materialların uçotunu aparmaq;

  • Gündəlik və aylıq hesabatları tərtib etmək ;

  • Ezamiyyətlər çərçivəsində zərurət yarandıqda Neftçala Sənaye Məhəlləsinə ezam olunmaq.

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və s.);

  • Minimum 3 il mühasibatlıq sahəsində iş təcrübəsi;

  • PMS KOS (1 və 2-ci mərhələ) sertifikatı;

  • MS Office, ERP və 1C proqramlarını yüksək səviyyədə bilmək;

  • İqtisadiyyat, istehsalat və idarəetmə üzrə biliklər;

  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, digər dillər arzuolunandır.

Şəxsi keyfiyyətlər:

  • Analitik düşüncə və problemləri həll etmə bacarığı;

  • Dəqiqlik və detallara diqqət;

  • Komandada işləmək və idarəetmə bacarığı;

  • Stressə davamlılıq və operativ qərarvermə qabiliyyəti;

  • Məsuliyyət, dürüstlük və etibarlılıq.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş rejimi;

  • İş yeri: Bakı şəhəri, Babək prospekti 74 (zəruri hallarda Neftçala ezamiyyəti ola bilər);

  • Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun müəyyən ediləcək;

  • Nahar təmin olunur;

  • Təlim və inkişaf imkanları;

  • Stabil və dinamik iş mühiti.

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

AzProduct

AzProduct

Other

AzProduct Azərbaycanda aqrar və ərzaq məhsullarının istehsalı, emalı və paylanması sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkət yerli fermerlərlə sıx əməkdaşlıq edərək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasını təmin edir. AzProduct ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, regionlarda kənd təsərrüfatının inkişafına və dayanıqlı təchizat zəncirinin formalaşdırılmasına töhfə verir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14392

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Müdir köməkçisi

Tam Ştat

İş şəraiti İş yeri: Bakı İş rejimi: Tam ştat Əmək haqqı: Müsahibə əsasında Vəzifə öhdəlikləri: Direktorun gündəlik iş qrafikinin təşkili və idarə olunması Görüşlərin, iclasların planlaşdırılması və koordinasiyası Rəsmi yazışmaların (e-mail, məktub, sənədlər) hazırlanması və izlənməsi Daxil olan zənglərin və müraciətlərin cavablandırılması Hesabatların, təqdimatların və lazımi sənədlərin hazırlanmasına dəstək Direktorun tapşırıqlarının vaxtında və düzgün icrasına nəzarət Məlumatların məxfiliyinin qorunması Müqavilə, əmr və daxili sənədlərin hazırlanmasında inzibati dəstək Şirkətdaxili iclas və tədbirlərin təşkilində iştirak İş proseslərində yaranan problemlər barədə direktorun vaxtında məlumatlandırılması Şirkət üzrə bütün koordinasiya proseslərinin idarə olunması və nəzarəti Ofis sənədlərinin, yazışmaların və arxiv işlərinin idarə olunması Vəzifə üzrə tələblər: Ali təhsil Yaş həddi: 22–35 Cinsi: Qadın Müvafiq sahədə minimum 1 il iş təcrübəsi Azərbaycan dili, rus dili və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı Yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyəti Kompüter proqramlarında yüksək səviyyədə işləmə bacarığı (Word, Excel, PowerPoint) Biz nə təklif edirik: Rəsmi əmək müqaviləsi Stabil və dinamik iş mühiti Karyera və şəxsi inkişaf imkanları Uyğun namizədlər CV-lərinizi qeyd olunan elektron poçt ünvanına (“Müdir köməkçisi”) mövzusu ilə göndərməyiniz xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.