Müdir köməkçisi

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 10 may 2026

Təsvir

İş şəraiti

  • İş yeri: Bakı

  • İş rejimi: Tam ştat

  • Əmək haqqı: Müsahibə əsasında

Vəzifə öhdəlikləri:

  • Direktorun gündəlik iş qrafikinin təşkili və idarə olunması

  • Görüşlərin, iclasların planlaşdırılması və koordinasiyası

  • Rəsmi yazışmaların (e-mail, məktub, sənədlər) hazırlanması və izlənməsi

  • Daxil olan zənglərin və müraciətlərin cavablandırılması

  • Hesabatların, təqdimatların və lazımi sənədlərin hazırlanmasına dəstək

  • Direktorun tapşırıqlarının vaxtında və düzgün icrasına nəzarət

  • Məlumatların məxfiliyinin qorunması

  • Müqavilə, əmr və daxili sənədlərin hazırlanmasında inzibati dəstək

  • Şirkətdaxili iclas və tədbirlərin təşkilində iştirak

  • İş proseslərində yaranan problemlər barədə direktorun vaxtında məlumatlandırılması

  • Şirkət üzrə bütün koordinasiya proseslərinin idarə olunması və nəzarəti

  • Ofis sənədlərinin, yazışmaların və arxiv işlərinin idarə olunması

Vəzifə üzrə tələblər:

  • Ali təhsil

  • Yaş həddi: 22–35

  • Cinsi: Qadın

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

  • Azərbaycan dili, rus dili və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı

  • Yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyəti

  • Kompüter proqramlarında yüksək səviyyədə işləmə bacarığı (Word, Excel, PowerPoint)

Biz nə təklif edirik:

  • Rəsmi əmək müqaviləsi

  • Stabil və dinamik iş mühiti

  • Karyera və şəxsi inkişaf imkanları

Uyğun namizədlər CV-lərinizi qeyd olunan elektron poçt ünvanına (“Müdir köməkçisi”) mövzusu ilə göndərməyiniz xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Necə Müraciət Etmək Olar

AzProduct

AzProduct

Other

AzProduct Azərbaycanda aqrar və ərzaq məhsullarının istehsalı, emalı və paylanması sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkət yerli fermerlərlə sıx əməkdaşlıq edərək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasını təmin edir. AzProduct ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, regionlarda kənd təsərrüfatının inkişafına və dayanıqlı təchizat zəncirinin formalaşdırılmasına töhfə verir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13167

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Şirkət Ölçüsü

51-200