Ana Səhifə
Vakansiyalar

Baş məhsul sahibi (Məhsulların idarəedilməsi şöbəsi)

Baş məhsul sahibi (Məhsulların idarəedilməsi şöbəsi)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 30 iyun 2026

Təsvir

  • Product vision və dəyər təklifini formalaşdırır; end-to-end nəticəyə cavabdehdir.

  • Maraqlı tərəflər, komandalar və geniş e-hökumət ekosistemi ilə davamlı əməkdaşlıq edir.

  • Dizayn və developmentdə user-centric yanaşmanı təmin edir; user story və acceptance criteria yazır.

  • Backlog-u aktiv idarə edir: prioritetləşdirmə (value/effort), refinement, release planlama.

  • Rəqəmsal strategiya, normativ aktlar və daxili siyasətlərlə uyğunluğu təmin edir; məhsul strategiyasını KPI və təşkilat hədəfləri ilə uyğunlaşdırır.

  • Usability testləri və user research təşkil edir; qərarları data/insight-la əsaslandırır.

  • Dəyəri maksimumlaşdırmaq üçün trade-off qərarları verir; scope/sequence balansını qurur.

  • Agile mərasimlərini (Scrum/Kanban) fasilitasiya edir; throughput, lead time, quality kimi metrikləri izləyir və problemləri aradan qaldırır.

  • Genişmiqyaslı təşəbbüslərə rəhbərlik edir; status, qərarlar və yenilikləri komandaya və rəhbərliyə aydın çatdırır.

  • G2C/G2B/G2G axınları, dövlət API-ləri, vahid identifikasiya/SSO və informasiya memarlığı ilə işləyir.

  • Junior və orta səviyyəli PO-lara mentorluq edir; paralel bir neçə məhsul komandasını koordinasiya edə bilir.

  • Qeyri-müəyyənlikdə struktur yaradır, status-quo-nu sorğulayan innovativ yanaşma göstərir.

Tələblər

  • Ali təhsil.

  • 4+ il məhsul inkişafında peşəkar təcrübə (dövlət, biznes, xidmət, e-ticarət, opensource).

  • Qanunlar, fərmanlar və sərəncamların məhsul proseslərinə tətbiqini başa düşmək və təmin etmək bacarığı.

  • G2C/G2G/G2B məhsullarının idarə olunmasında praktik təcrübə.

  • Müasir veb arxitekturalarını anlama: mikroservislər, API, inteqrasiya nümunələri, SSO.

  • Texniki həlləri qavrama və qiymətləndirmə; sistem analizi, PRD və re-design sənədlərini hazırlama bacarığı.

  • Agile və/və ya Design Thinking təcrübəsi; effektiv backlog və release planlama.

  • Güclü stakeholder management; development, infrastruktur, marketinq və digər komandalarla effektiv ünsiyyət.

  • Strateji yol xəritəsi hazırlama və yüksək səviyyəli stakeholder idarəçiliyi üzrə ekspertlik.

  • Yüksək təsirli, mürəkkəb məhsullara rəhbərlik, dəyişikliklərin idarə edilməsi və problem həlli təcrübəsi.

  • Komandada işləmə və komandanı idarə etmə bacarığı; eyni zamanda etibarlı fərdi töhfəçi olmaq.

  • Alətlər: Jira, Confluence, Figma ilə təcrübə.

Necə Müraciət Etmək Olar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17983

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya