Ana Səhifə
Vakansiyalar
İnsan Resursları (HR)
Təlim və İnkişaf

Təlimlərin təşkili üzrə mütəxəssis (İnformasiya təhlükəsizliyi üzrə)

Təlimlərin təşkili üzrə mütəxəssis (İnformasiya təhlükəsizliyi üzrə)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 19 iyun 2026

Təsvir

  • Kibergigiyena təlimləri çərçivəsində dövlət və özəl qurumlarla tərəfdaşlıqların qurulması;

  • Dövlət qurumlarında kibergigiyena təlimlərinin təşkili və hesabatlılığı;

  • Özəl sektor qurumlarında kibergigiyena təlimlərinin təşkili və hesabatlılığı;

  • Spesifik kontentli kibermaarifləndirmə təlimlərinin təşkili;

  • Kibergigiyena layihəsinin təhvil-təslim sənədlərinin hazırlanması, eləcə də hüquq və maliyyə hesabatlılığının hazırlanması;

  • ESD ilə kibergigiyena sahəsində əməkdaşlığın təşkili və birgə təlim proqramlarının koordinasiyası;

  • Kibergigiyena təlimləri üçün kontentin hazırlanmasında dəstək və mentor heyəti ilə metodiki əməkdaşlıq.

Tələblər

  • Ali təhsil (Təlim və inkişaf sahəsində üstünlük verilir);

  • Təlim və inkişaf sahəsində ən azı 1 il iş təcrübəsi;

  • Güclü ünsiyyət və təqdimat bacarıqları;

  • Yüksək təşkilatçılıq və planlaşdırma bacarıqları;

  • Yaradıcı yanaşma və məzmun hazırlama bacarığı;

  • Təlim kontentinin hazırlanması və təlim materiallarını vizual şəkildə təqdim etmək bacarığı;

  • Komanda işi və əməkdaşlıq bacarıqları;

  • Səlis nitq və auditoriya qarşısında özünəinamla danışıq bacarığı;

  • Microsoft Office proqramlarında yüksək səviyyədə biliklər (Word, Excel, PowerPoint);

  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları, İngilis və Rus dillərində əla ünsiyyət bacarığı.

Necə Müraciət Etmək Olar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17989

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Satınalmalar və təchizat üzrə baş mütəxəssis

Tam Ştat

Satınalma fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa, aidiyyəti normativ hüquqi aktlara və qurumun daxili prosedurlarına uyğun həyata keçirilməsini təmin etmək Bazar araşdırmalarını aparmaq, potensial təchizatçılarla əlaqələrin qurulmasını təmin etmək, qiymət təhlilləri və müqayisələrini həyata keçirmək Satınalma prosedurlarını qanunvericiliyin və daxili qaydaların tələblərinə uyğun həyata keçirmək Satınalma müqavilələrinin layihələrini hazırlamaq və aidiyyəti struktur bölmələrlə razılaşdırılmasını təmin etmək Satınalma müqavilələrinin qanunvericiliyə və müqavilə şərtlərinə uyğun icrasına müqavilə meneceri ilə birgə nəzarət etmək Təchizat sifarişlərinin idarə olunmasını həyata keçirmək və satınalma proseslərinin fasiləsizliyini təmin etmək Tələb olunan mal, iş və xidmətlərin daxili və xarici bazarda araşdırılması və təhlilini aparmaq Satınalmalara dair məlumat bazasını formalaşdırmaq, satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq və təqdim etmək Daxili və kənar audit yoxlamaları ilə bağlı proseslərdə iştirak etmək, aidiyyəti sənədlərin hazırlanmasını təmin etmək İllik satınalma planının və satınalma büdcəsinin hazırlanması prosesində iştirak etmək Şöbə əməkdaşlarına satınalma sənədlərinin hazırlanması və prosedurların icrası üzrə metodoloji dəstək göstərmək Fəaliyyət prosesində xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək Şöbənin fəaliyyət istiqamətləri üzrə digər işləri və rəhbərlik tərəfindən verilən tapşırıqları səlahiyyətləri çərçivəsində icra etmək