Ana Səhifə
Vakansiyalar

Baş Data Analitik

Baş Data Analitik

Finance

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 29 may 2026

Təsvir

İşiniz nədən ibarətdir?

  • Yazılı texniki və funksional sənədləri hazırlamaq;

  • Toplanmış məlumatları təhlil edərək mövcud proseslərdə və ya sistemlərdə boşluqları, imkanları və çətinlikləri müəyyənləşdirmək;

  • Biznes tələblərini, proses mərhələlərini, ideyaları və istifadəçi hekayələrini aydın və təşkil olunmuş şəkildə sənədləşdirmək üçün istinad və kommunikasiya;

  • Biznes tələblərini funksional spesifikasiyalara çevirmək və texniki qruplarla sıx əməkdaşlıq edərək uyğun həllər dizayn etmək;

  • Biznes məqsədlərinə uyğun gələn praktik məlumatlar və nəticələr təmin etmək;

  • Biznes tələblərinə əsasən mürəkkəb və böyük məlumatların aqreqasiyasını effektiv şəkildə kommunikasiyasını təmin edən interaktiv/irəliləmiş dasibordlar və statistik və analitik hesabatlar yaratmaq;

  • Üst rəhbərlik qərar verməsi və ideya formalaşdırması məqsədilə hesabatlar yaratmaq;

  • Korrelyasiya təhlili və xüsusiyyət mühəndisliyi kimi məlumat araşdırma texnikalarına daha dərindən məlumatlı olmaq;

  • Məlumatın keyfiyyəti və strukturunu tam qiymətləndirmək üçün məlumat profil texnikalarından istifadə edərək, nümunələri, uyğunsuzluqları və potensial problemləri müəyyənləşdirmək;

  • İntelektual məlumat analizi layihələrini əvvəldən sonra qədər idarə etmək;

  • Təşkilatın uzunmüddətli məqsədlərinə uyğun intelektual məlumat analiz strategiyaları formalaşdırmaq;

  • Modelin performansını daha dəqiq qiymətləndirmək üçün kros yoxlamalar tətbiq etmək;

  • Böyük məlumat sistemlərində istifadə edərək məlumatların hazırlanması ilə məşğul olmaq;

  • Minio və ya Spark kimi paylanmış hesablama texnologiya istifadə edərək böyük məlumatları tələblər əsasında hazırlamaq;

  • Mürəkkəb problemləri daha kiçik idarə edilə bilən tapşırıqlara bölmək və proqramlaşdırma istifadə edərək effektiv həllər inkişaf etdirmək;

  • Məlumat təhlili bütün mərhələləri idarə etmək;

  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

  • İş təcrübəsi (il və/və ya sahə olaraq): 5 il;

  • Məhsul üzrə biliklər: Oracle BI Publisher/ Oracle BI və ya Tableau və ya Power BI, Oracle FlexCube (əlavə), Oracle Administration Tool (əlavə), PL/SQL;

  • Yumşaq səriştələr: Yüksək komunikasiya bacarığı;

  • Lisenziya/Sertifikat: Oracle PL/SQL programs units, Oracle Sql Expert;

  • Dil bilikləri: İngilis (Əla), Rus (yaxşı);

  • Kompüter bilikləri: R və ya Python, Oracle PL/SQL, MS Office Excel.

Necə Müraciət Etmək Olar

PASHA Bank

PASHA Bank

Finance

PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17181

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Təşkilati Risklərin İdarə Edilməsi üzrə Baş mütəxəssis

Tam Ştat

Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanmasını işinin təşkili (İCAAP); Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və idarə edilməsi; Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, və onların yerinə yetirilməsi üçün nəzarətin qurulması; Bankdaxili səlahiyyətlərin idarə edilməsinə nəzarət edilməsində iştirak; Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi; Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi; Təşkilati riski iştahasının və hədlərinin müəyyənləşdirilməsində iştirak etdirillməsi və monitorinq edilməsi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılmasına nəzarət edilməsi; Risk sağlamlıq indeksinin idarə edilməsi və indeksin yüksəldilməsi üzrə zəruri işlərin görülməsinə nəzarət; Təşkilati risklərin İdarə edilməsi çərçivəsində ESG siyasətinin hazırlanması, tətbiqinin təşkili, icrasına nəzarət və bu istiqamətdə əlaqəli bütün fəaliyyətlərin koordinasiyasının həyata keçirilməsi; Dövri hesabatlığın hazırlanması; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.