Baş Bağban
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 fevral 2026
Son Tarix: 24 mart 2026
Təsvir
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Vəzifə öhdəlikləri
Ərazidə aparılan bütün bağçılıq və yaşıllaşdırma işlərinə rəhbərlik etmək
Mövsümə uyğun əkin, budama, suvarma və gübrələmə işlərini planlaşdırmaq
Bitkilərin sağlamlığını nəzarətdə saxlamaq, xəstəlik və zərərvericilərlə mübarizə aparmaq
Bağban və texniki heyətin iş bölgüsünü aparmaq və nəzarət etmək
Yaşıllaşdırma planları və landşaft layihələrinin icrasını təmin etmək
Bitki və inventarların (toxum, gübrə, alət və s.) düzgün istifadəsinə və saxlanmasına nəzarət etmək
Ərazinin təmiz və səliqəli saxlanılmasını təmin etmək
Təhlükəsizlik və əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək
Rəhbərliyə görülən işlər barədə mütəmadi hesabat təqdim etmək
Tələblər
Bağçılıq, aqronomluq və ya landşaft üzrə biliklər
Bitkilərin qulluq qaydaları və mövsümi xüsusiyyətləri barədə məlumat
Komanda ilə işləmək və idarəetmə bacarığı
Məsuliyyətli, diqqətli və planlı iş qabiliyyəti
Orta ixtisas və ya ali təhsil (aqronomluq, bağçılıq, landşaft arxitekturası arzuolunandır)
Müvafiq sahədə ən azı 2–3 il iş təcrübəsi
Biz nə təklif edirik:
İş yeri: Bakı şəhəri, Azersun Holdinq / Korporativ ofis
İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
Nahar: Şirkət tərəfindən təmin olunur
**Servis xidməti:**Şirkət tərəfindən təmin olunur
Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət
Tələblərə cavab verdiyiniz halda CV-nizi qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Baş Bağban - 29739” qeyd edilməlidir.
Necə Müraciət Etmək Olar
Azersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9547
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+