Baş aşpaz köməkçisi

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 17 iyun 2026

Təsvir

  • Bütün reseptlər və məhsul verimlərinin dəqiq xərcləndiyini və mütəmadi olaraq nəzərdən keçirilməsini təmin etmək.

  • Hissələrə nəzarəti və tullantıları minimuma endirməklə bütün ərzaq məhsullarının standart resept kartlarına uyğun hazırlanmasına yardım etmək.

  • Mətbəx şöbəsinin ərazisindəki ərzaq ehtiyatının oteldə yerləşməsinə, tədbir və fəaliyyət proqnozlarına uyğun olaraq kifayət qədər miqdarda və keyfiyyətdə olmasını təmin etmək.

  • Səhər yeməyi, nahar və axşam yeməyi xidmətlərinin ardıcıl, yüksək standartlara olmasını təmin etmək.

  • Bütün mətbəx standart əməliyyat prosedurlarını hazırlanıb yenilənməsini təmin etmək.

  • Bütün qida hazırlayan avadanlıqların təhlükəsizliyindən və düzgün istifadə edilməsindən və təmizlənməsindən və saxlanılmasından əmin olmaq.

  • Aşpazların həmişə təmiz səliqəli geyimdə olmasını təmin etmək

  • Mətbəx əməliyyat büdcəsinə ciddi şəkildə əməl olunmasını təmin etmək.

  • Mətbəx şöbəsinin otelin bütün daxili qaydalarına əməl etdiyinə əmin olmaq.

  • Ən yüksək keyfiyyətli birinci sinif məhsulun bütün kulinariya sahələrində əldə edilməsini və saxlanılmasını, əməliyyat müddətlərinə riayət olunmasını icra etmək.

  • Menyu planlaşdırma və düzgün yemək hazırlamaq.

  • İaşə şöəsinin meneceri və müvafiq qruplar ilə sıx işləmək, satış üçün illik mətbəx marketinq planı yaratmaq.

  • Bazara təqdim olunan yeni məhsullardan xəbərdar olmaq və son məhsul tendensiyaları ilə ayaqlaşmaq.

  • Bazar ehtiyaclarını və istəklərini tam şəkildə anlamaq və bu ehtiyacları əks etdirmək üçün menyuların hazırlanmasını təmin etmək.

  • Fəaliyyət göstərilən maddələrin müvafiq təqibi ilə dəstəklənən müvafiq texniki hesabat və iş əmrlərinə başlamaq.

  • Mətbəx komandasını ədalətli idarə etmək .

  • Yeməyin hazırlanmasında yalnız ən yüksək keyfiyyətli məhsulların istifadə olunduğunu tez-tez yoxlamaq.

  • Otelə daxil olan bütün ərzaq məhsullarının lazımi standart və keyfiyyətə sahib olmasını və düzgün şəkildə saxlanılmasını təmin etmək.

  • Həftəlik iş cədvəllərinin və illik məzuniyyət planlarının düzgün qurulduğunu və sənədlərin düzgün qaydada tərtib edilməsini təmin etmək.

Tələblər

Təhsil:

Kulinariya və ya aşpazlıq sahəsində ixtisas.

İş təcrübəsi:

Minimum 3 il mətbəx sahəsində iş təcrübəsi.

Bilik****və Bacarıqlar:

Qida təhlükəsizliyi və gigiyena qaydalarına dair biliklər.

Yüksək təşkilatçılıq və rəhbərlik bacarığı.

Komanda ilə işləmə və ünsiyyət bacarığı.

Fiziki dözümlülük və çeviklik.

Yaradıcı və innovativ yeməklər hazırlamaq bacarığı.

Kompüter bilikləri:

MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə.

Dil bilikləri:

Azərbaycan dili – sərbəst.

Rus və ya ingilis dili – yaxşı səviyyədə.

Fəaliyyət ünvanı: Bakı şəhəri, Excelsior Hotel Baku,Curio Collection by Hilton

Necə Müraciət Etmək Olar

TABIA Group LLC

TABIA Group LLC

Other

TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17309

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

SƏTƏM üzrə Menecer

Tam Ştat

Müəssisədə SƏTƏM işinin təşkili və əlaqələndirilməsi. Müəssisə işçiləri tərəfindən SƏTƏM qanunvericilik və normativ hüquqi aktlara əməl edilməsinə nəzarət. Müəssisənin SƏTƏM baxımından fəaliyyətinin təhlil edilməsi və rəhbərliyə hesabatlar təqdim edilməsi, fəaliyyətin təkmilləşdirilməsi üçün tədbirlər təklif edilməsi. İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsinin təşkili. Mütəmadi yoxlamalar aparmaq, nöqsanları aradan qaldırmaq üçün prosedurlar hazırlamaq və baş vermiş iş hadisələri və qəzaların səbəblərini təhlil etmək və qarşısının alınması üçün tədbirlər hazırlamaq. Statistik məlumatların toplanması, risklərin qiymətləndirilməsi, işçilərə təlimatların keçirilməsi və müəssisənin SƏTƏM qanunvericiliyinə uyğunluğunun təmin edilməsi. SƏTƏM qanunvericiliyinin yerinə yetirilməsi və məsul şəxslərə göstərişlərin verilməsi. Dövlət orqanlarında və ictimai təşkilatlarda SƏTƏM məsələləri üzrə müəssisənin təmsil edilməsi. Vahid Məlumat Reyestrində (yoxlama.gov.az portalında) qeyd olunmuş SƏTƏM-lə bağlı səlahiyyətli dövlət orqanı tərəfindən aparılan yoxlamaların nəzərdən keçirilməsi, məlumatların əldə edilməsi və rəhbərliyə çatdırılması. Müəssisədə hər hansı yoxlama aparılan səlahiyyətli dövlət orqanının yaranan uyğunsuzluqların aradan qaldırılması üçün hazırlama işlərinə və düzəldici tədbirlərə nəzarət. SƏTƏM üzrə təlimat keçməyən, bilikləri yoxlanılmayan və qaydaları pozan işçilərlə bağlı tədbirlərin görülməsi üçün məlumat vermək. Müəssisənin ərazilərdə, restoranlarda sanitar gigiyena qaydalarına nəzarət etmək. Aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Müəssisə rəhbərinin və SƏTƏM üzrə funksional rəhbərinin verdiyi tapşırıqların yerinə yetirilməsi. Hotel direktoruna və TABİA Qrupu HSE Menecerinə birbaşa hesabat vermək.