Qeydiyyatçı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 may 2026

Son Tarix: 31 may 2026

Təsvir

  • Qonaqların qarşılanması və qeydiyyat/check-in, check-out prosesinin həyata keçirilməsi;

  • Telefon zənglərinin və qonaq sorğularının cavablandırılması;

  • Qonaqlara hotel xidmətləri haqqında məlumat vermək;

  • Ödəniş və hesablaşma əməliyyatlarını icra etmək;

  • Qonaq məmnuniyyətini yüksək səviyyədə təmin etmək;

  • Brend məlumatlarına ciddi yiyələnməklə brend standartlarının tələblərinə riayət etmək.

Tələblər

  • Azərbaycan və ingilis dillərini bilmək;

  • Ünsiyyət və təqdimat bacarıqları;

  • Komandada işləmək və məsuliyyətlilik;

  • MS Office və Opera/Fidelio proqramlarında işləmək bacarığı.

İş yeri:

  • Hilton Garden Inn Baku, Sarabski küçəsi 657

Necə Müraciət Etmək Olar

TABIA Group LLC

TABIA Group LLC

Other

TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16488

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Təmizlik üzrə Menecer

Tam Ştat

Təmizlik şöbəsinin daxili əməliyyatlarına dair təlimatının hazırlanması və yenilənməsinə yardım və nəzarət etmək. Kommunikasiya üzrə qeydiyyat jurnallarını oxumaq və yeniləmək. Yeni texnologiyalar və avadanlıqların tədqiq edilməsi və müvafiq sayılan yerlərdə tətbiq olunmasını təmin etmək. Təmizlik şöbəsinin əməkdaşlarının hər zaman Otel standartlarına uyğun qonaq xidmətləri göstərməsini təmin etmək. Təmizlik şöbəsinin əməkdaşlarının müvafiq hallarda, daxili müştərilərə də mükəmməl xidmətlər göstərməsini təmin etmək. Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq. Təmizlik şöbəsi ilə bağlı xərclər üçün bütün satınalma sorğuları və hesab-fakturalarını təsdiq etmək. Müəssisənin maliyyə hədəflərini və qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın yerinə yetirilməsi üsulundan istifadə etmək, habelə çevik iş qrafikini tərtib etməklə, işçilərin məhsuldarlığını yüksəltmək. Əsas icra göstəricilərinə əsasən xərcləri əvvəlcədən idarə etmək və eyni zamanda şöbənin mümkün qədər minimal xərclərlə fəaliyyət göstərməsini təmin etmək. Otaqlar şöbəsi üçün illik biznes planının hazırlanmasına kömək etmək. Müvafiq hallarda, aylıq təkrar proqnozlaşdırma etmək. Otel, şirkət və yerli qaydada müəyyən edilmiş müvafiq qaydalar, siyasətlər və qanunlara riayət edildiyini təmin etmək. Qonaqlar üçün ləvazimatlar, Təmizlik ləvazimatları, otaqlar üçün çap materialları və dəftərxana ləvazimatları, yataq dəstləri, uniformalar və s. inventarını aparmağa görə cavabdehlikdaşımaq. Tələb olunduqda, əlavə ehtiyat hissələrinin vaxtında sifariş və qəbul edilməsini təmin etmək üçün Təchizat şöbəsi ilə əlaqə saxlamaq. Maliyyə şöbəsi tərəfindən tələb olunduqda, ləvazimatlar və əməliyyat avadanlıqlarının inventarlaşdırılmasını həyata keçirmək. Otelin güllər ilə bəzədilməsi işlərinin təşkilini, onların müvafiq qaydada qorunub saxlanılmasını (qulluq göstərilməsini) təmin etmək üçün floristlə əlaqə saxlamaq. Effektiv proqramların təşkil edilməsini və qorunub saxlanılmasını təmin etmək məqsədi ilə otelin gəmiricilər və həşəratlar ilə mübarizə ilə bağlı müqavilə imzaladığı şirkətlər və digər qurumlar ilə əlaqə saxlamaq. Qonaq otaqlarının təmizliyinin təmin edilməsinə nəzarət etmək. Qonaqlara nöqsanlı və ya çirkli otaqların verilməməsini təmin etmək.

SƏTƏM üzrə Menecer

Tam Ştat

Müəssisədə SƏTƏM işinin təşkili və əlaqələndirilməsi. Müəssisə işçiləri tərəfindən SƏTƏM qanunvericilik və normativ hüquqi aktlara əməl edilməsinə nəzarət. Müəssisənin SƏTƏM baxımından fəaliyyətinin təhlil edilməsi və rəhbərliyə hesabatlar təqdim edilməsi, fəaliyyətin təkmilləşdirilməsi üçün tədbirlər təklif edilməsi. İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsinin təşkili. Mütəmadi yoxlamalar aparmaq, nöqsanları aradan qaldırmaq üçün prosedurlar hazırlamaq və baş vermiş iş hadisələri və qəzaların səbəblərini təhlil etmək və qarşısının alınması üçün tədbirlər hazırlamaq. Statistik məlumatların toplanması, risklərin qiymətləndirilməsi, işçilərə təlimatların keçirilməsi və müəssisənin SƏTƏM qanunvericiliyinə uyğunluğunun təmin edilməsi. SƏTƏM qanunvericiliyinin yerinə yetirilməsi və məsul şəxslərə göstərişlərin verilməsi. Dövlət orqanlarında və ictimai təşkilatlarda SƏTƏM məsələləri üzrə müəssisənin təmsil edilməsi. Vahid Məlumat Reyestrində (yoxlama.gov.az portalında) qeyd olunmuş SƏTƏM-lə bağlı səlahiyyətli dövlət orqanı tərəfindən aparılan yoxlamaların nəzərdən keçirilməsi, məlumatların əldə edilməsi və rəhbərliyə çatdırılması. Müəssisədə hər hansı yoxlama aparılan səlahiyyətli dövlət orqanının yaranan uyğunsuzluqların aradan qaldırılması üçün hazırlama işlərinə və düzəldici tədbirlərə nəzarət. SƏTƏM üzrə təlimat keçməyən, bilikləri yoxlanılmayan və qaydaları pozan işçilərlə bağlı tədbirlərin görülməsi üçün məlumat vermək. Müəssisənin ərazilərdə, restoranlarda sanitar gigiyena qaydalarına nəzarət etmək. Aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Müəssisə rəhbərinin və SƏTƏM üzrə funksional rəhbərinin verdiyi tapşırıqların yerinə yetirilməsi. Hotel direktoruna və TABİA Qrupu HSE Menecerinə birbaşa hesabat vermək.