Baş Anbardar

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 fevral 2026

Son Tarix: 30 mart 2026

Təsvir

  • Hazır məhsulların qəbulu, uçotu, düzgün yerləşdirilməsi

  • Məhsulun sənədlərlə uyğunluğunu yoxlamaq

  • Məhsulun anbarda qruplaşdırılması və təhlükəsizlik qaydalaraına uyğun şəkildə saxlanılmasını təmin etmək

  • Müəyyən edilmiş sifarişlərə əsasən məhsulların yüklənməsi və təhvil-təslim prossesində iştirak etmək

  • Gündəlik məhsul hərəkətinin qeydiyyatını aparmaq (giriş, çıxış, qalıq miqdarı)

  • Sənədlərin (qaimələr, aktlar, fakturalar və s.) düzgün və vaxtında tərtib olunmasına nəzarət

  • Anbarda təmizlik, nizam-intizam, məhsulların salamatlığını qorumaq və təhlükəsiz vəziyyətdə saxlanılması

  • Məhsulun saxlanma şəraitinə nəzarət edilməsi (rütubət, temperatur və s.)

  • Müəyyən edilmiş dövrlərdə inventarizasiya prossesində iştirak etmək

  • Rəhbərliyə anbar qalığı, zədələnmiş, yararsız, vaxtı bitməsinə az qalan məhsullar və digər problemlər barədə məlumat vermək

  • Yükləmə - boşaltma işlərinin təşkili, nəqliyyat vasitələrinin düzgün yüklənməsinə nəzarət etmək

  • Yükləmə və boşaltma işləri zamanı texniki təhlükəsizlik qaydalarına əməl edilməsi

  • Rəhbərliyin verdiyi digər təlimatları yerinə yetirmək

Tələblər

  • Təhsil: Ali və ya orta təhsil.

  • Müvafiq sahədə minimum 5 - 7 il iş təcrübəsi.

  • MC Office, 1C proqram biliyi.

  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.

  • Karyera yüksəlişi imkanı;

  • Maraqlı iş mühiti

  • Nahar şirkət tərəfindən verilir

  • Nəqliyyat şirkət tərəfindən təmin edilir

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9340

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya