Ana Səhifə
Vakansiyalar

Bağlar üzrə Təsərrüfat Rəhbəri (Xaçmaz)

Bağlar üzrə Təsərrüfat Rəhbəri (Xaçmaz)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 16 fevral 2026

Son Tarix: 15 mart 2026

Təsvir

  • Kənd Təsərrüfatı sahəsində - intensiv bağ layihəsinin idarə edilməsi;

  • Bağ layihəsində aqronomların idarə olunması, meyvə ağaclarının qulluğuna nəzarət, mövsumi qulluğun vaxtında və keyfiyyətli icrasına nəzarət;

  • Mövsümi işlərdə agrotexniki işlərin gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;

  • Müvafiq yoxlama üsullarından istifadə edərək, görüləcək işlərin icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması;

  • Layihənin normativ məhsuldarlığının təmin edilməsi üçün ardıcıl və planlı fəaliyyət;

  • Layihədə istifadə olunacaq texnikaların səmərəli istifadəsinin təşkili;

  • Məhsul yığımının vaxtında və itgisiz toplanması üçün mövsumi işçilərin cəlb edilməsi, yığımın səmərəli və standarta uyğun aparılmasının təşkili;

  • Layihə risklərini minimuma endirmək üçün risklərin idarə olunması və profilaktikası;

  • Layihə ilə əlaqəli sənədlərin hazırlanması və saxlanılması;

  • Komanda üzvlərinə rəy, məsləhətlərin verilməsi və yeniliklərə təşviq edilməsi.

Tələblər

  • Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi

  • Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır

  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı

  • İdarəetmə bacarığı

İş şərtləri:

  • 6 günlük iş qrafiki

* Qidalanma şirkət tərəfindən qarşılanır

  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır.

  • İş yeri Xaçmaz, Yeni Həyat.

Necə Müraciət Etmək Olar

AMOGROUP

AMOGROUP

Manufacturing

AMOGROUP (AMO Corporate Group) 1995-ci ildən fəaliyyət göstərən, əsasən meyvə-tərəvəz məhsullarının idxalı və ixracı, onların yetişdirilməsi və istehsalı, eləcə də HORECA (otel-restoran-kafe) istiqamətində çatdırılma və topdan satış xidmətləri göstərən korporativ şirkətlər qrupudur. Şirkət bu sahədə həm yerli bazara, həm də beynəlxalq tərəfdaşlıqlara fokuslanaraq geniş fəaliyyət spektri qurub. AMOGROUP tərkibində eyni zamanda logistika və beynəlxalq yükdaşıma xidmətləri göstərən şirkətlər də mövcuddur. Rəsmi məlumatlara görə qrupun strukturunda AmoTrade, AmoGrow, AmoDo və AmoTransport kimi istiqamətlər yer alır və şirkət müxtəlif regionlarda fəaliyyətini genişləndirərək dayanıqlı təchizat və xidmət zənciri yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8806

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya