Ana Səhifə
Vakansiyalar

Back-End Proqramlaşdırma üzə Mütəxəssis

Back-End Proqramlaşdırma üzə Mütəxəssis

Finance

Bakı,, Azərbaycan

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 31 may 2026

Təsvir

İşiniz nədən ibarətdir?

  • Rəqəmsal məhsulların yaradılması üzrə back-end proqram çərçivələrindən istifadə etməklə keyfiyyətli, dayanıqlı, təhlükəsiz proqram təminatları hazırlamaq;

  • Proqram təminatında baş verəcək hadisələrin qeydiyyatının aparılması, məlumatların daxili və kənar sistemlərə mövcud tələblər əsasında inteqrasiya edilməsi və izlənməsi;

  • Bulud hesablama həlləri üzrə inteqrasiyalar, CI/CD prosesində yaxından iştirak etmək;

  • Back-end həllərin yaradılması üzrə mövcud prinsip və prosedurları tətbiq edərək ölçülə bilən, dayanıqlı və imtinaya davamlı proqramlar yaratmaq;

  • Dəqiq və funksional həllər üçün qəbul edilmiş konvensiya və qaydalara uyğun kodlar yazmaq, komandada digər proqramçıların kodlarını nəzərdə keçirmək;

  • Üçüncü tərəflə işləmək, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə çalışmaq;

  • Maneələrin aradan qaldırılması və biznes ehtiyaclarını ödəmək üçün texniki həllər hazırlamaq

  • Digər komanda fərdləri ilə mütəmadi işləmək, arxitektual həlləri nəzərdən keçirib sənədləşdirmək;

  • Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək;

  • Komandanın cavabdehlik daşıdığı proqram təminatlarının unit, inteqrasiya testlərini hazırlamaq, həmçinin keyfiyyət yoxlama testlərində aktiv iştirak etmək;

  • Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək;

  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;

  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

  • Təhsil səviyyəsi və istiqaməti: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi

  • **İş təcrübəsi :**Proqram təminatı, mühəndislik sahəsində minimum 2 il təcrübə

  • Texniki səriştələr: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi. Versiya nəzarət sistemi biliyi (git)

  • Dil bilikləri: İngilis (yaxşı)

  • Kompüter bilikləri: Müvafiq dillərdən hər hansı birini mükəmməl səviyyədə bilmək: Java, Kotlin, Golang, Python. Verilənlərin strukturu və alqoritm yaxşı biliyin olması. İnfrastruktur dizayn və prinsipləri haqqında yaxşı anlayışın olması. Kodun unit və inteqrasiya testlərini tərtib etmək bacarığı. Məlumat bazaları ilə işləmək bacarığı. CI/CD təcrübəsi olması. Kodlaşdırma standartları və təcrübələrini dərindən bilmək. Restful APIs, SOAP üzrə mükəmməl biliklər

  • Digər: Yaxşı ünsiyyət və hesabat biliyi. Üstünlük verilir: Bankçılıq təcrübəsi, kod dizayn üsulları (design patterns), kodun yenidən işlənməsi, proqram təhlükəsizliyi, CI/CD, yüksək miqyaslı proqramlar, cüt proqramlaşdırma, effektli testlərin hazırlanması, mikroservis arxitekturası ilə təcrübə, LDAP, SSO, Multi-Threading üzrə biliklər



PAŞA Qrup (Maliyyə şirkətləri) əməkdaşlarının nəzərinə: Qeyd edilən vakansiyaya yalnız "PASHA INTERNAL MOBILITY" platforması vasitəsilə müraciət edə bilərsiniz. 🔗 Link: https://pashamobility.az/user/login

Necə Müraciət Etmək Olar

PASHA Bank

PASHA Bank

Finance

PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17180

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Təşkilati Risklərin İdarə Edilməsi üzrə Baş mütəxəssis

Tam Ştat

Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanmasını işinin təşkili (İCAAP); Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və idarə edilməsi; Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, və onların yerinə yetirilməsi üçün nəzarətin qurulması; Bankdaxili səlahiyyətlərin idarə edilməsinə nəzarət edilməsində iştirak; Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi; Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi; Təşkilati riski iştahasının və hədlərinin müəyyənləşdirilməsində iştirak etdirillməsi və monitorinq edilməsi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılmasına nəzarət edilməsi; Risk sağlamlıq indeksinin idarə edilməsi və indeksin yüksəldilməsi üzrə zəruri işlərin görülməsinə nəzarət; Təşkilati risklərin İdarə edilməsi çərçivəsində ESG siyasətinin hazırlanması, tətbiqinin təşkili, icrasına nəzarət və bu istiqamətdə əlaqəli bütün fəaliyyətlərin koordinasiyasının həyata keçirilməsi; Dövri hesabatlığın hazırlanması; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.