Azərbaycan dili müəllimi (2026-2027 Academic Year)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 21 may 2026
Təsvir
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusu”nun açılışını elan etməkdən məmnunluq duyur və bu vakansiyanı paylaşır - Azərbaycan dili müəllimi (2026-2027 Academic Year)
Bölmə: İbtidai və məktəbəqədər təhsil (qarışıq qruplar üzrə)
Ünvan: Xankəndi şəhəri
Tələblər
Tələb:
Tələb olunan sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
Azərbaycan dilində yüksək səviyyədə danışıq və yazı bacarığı;
Müvafiq sahədə minimum 3 il pedaqoji təcrübə;
5–11 yaşlı şagirdlərlə işləmək istəyi;
Müstəqil və komanda şəklində işləmək bacarığı;
Güclü sinif idarəetmə bacarıqları və valideynlərlə effektiv ünsiyyət qurmaq qabiliyyəti;
MS Office (Word, Excel, Outlook, MS Teams) bilikləri, təhsil texnologiyaları və proqram təminatı ilə iş təcrübəsi;
Dərs planlaşdırılması və differensial təlim anlayışına malik olmaq.
Öhdəliklər:
Şagirdlərin yaş və öyrənmə ehtiyaclarına uyğun, müxtəlif tədris metodları və materiallardan istifadə edərək dərslərin keçirilməsi;
Şagirdlər üçün zəngin, cəlbedici və dəstəkləyici öyrənmə mühiti yaratmaq məqsədilə sinif otağının və tədris resurslarının təşkil edilməsi;
Tədris materiallarının, dərs planlarının, tədris proqramlarının və pastoral qayğı tədbirlərinin hazırlanması və inkişaf etdirilməsi;
Şagirdlərin akademik inkişafı barədə valideynlərlə aydın və mütəmadi şəkildə məlumat mübadiləsi aparılması;
İllik və gündəlik dərs planlarının hazırlanması, şagirdlərin irəliləyişinin davamlı izlənilməsi və qiymətləndirilməsi;
Peşəkar bacarıqların inkişafı üçün davamlı təkmilləşdirmə fəaliyyətlərində iştirak;
Dərs zamanı sinif intizamının qorunması və effektiv tədris mühitinin təmin edilməsi.
Təklif edirik:
Rəqabətə davamlı əməkhaqqı
Təlimlər ilə təmin olunma
Məktəb tərəfindən nahar
Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron poçt vasitəsilə göndərməli, mövzu hissəsində “vəzifənin adı və Xankəndi” qeyd etməlidirlər.
Necə Müraciət Etmək Olar
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14993
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə