Ana Səhifə
Vakansiyalar
Nəqliyyat və Logistika
Sürücü

“AzalOil” YSM idarəsi / Xüsusi avtomobilin sürücüsü

“AzalOil” YSM idarəsi / Xüsusi avtomobilin sürücüsü

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 1 may 2026

Son Tarix: 10 may 2026

Təsvir

  • Xüsusi yanacaq avtomobillərini idarə eləmək, xəttə çıxmazdan əvvəl xüsusi avtomobili və onun xüsusi avadanlığının texniki vəziyyətini yoxlamaq;

  • 3-cü sinif (tez alışan maddələrin) təhlükəli yükləri “AzalOil” YSM İdarəsinin müxtəlif rayonlardakı şöbələrinə daşımaq;

  • Hava gəmilərinə yanacaq doldurmaq, aerodromda (perronda) xüsusi maşınların hərəkət qaydalarını bilmək və onlara ciddi riayət etmək, hava gəmilərinə düzgün yanaşmağı və ondan uzaqlaşmağı bacarmaq;

  • Briqadaya təhkim edilmiş xüsusi avtomobillərin quruluşunu, istismar və texniki xidmətin qayda və xüsusiyyətlərini bilmək, yol vərəqələrini düzgün, vaxtında və səliqəli rəsmiləşdirmək;

  • Xüsusi avtomobillərin istismarı zamanı əmək təhlükəsizliyi tələblərini bilmək və onlara ciddi riayət etmək.

Tələblər

  • Təhsil: Peşə ilə bağlı təhsil;

  • İş təcrübəsi: minimum 3 il;

  • Dil bilikləri: Azərbaycan dili əla;

  • Sürücülük vəsiqəsi: BCDE;

  • Hərbi mükəlləfiyyət: yararlı;

  • Fikrini izah etmək qabiliyyəti;

  • İşə planlı yanaşma;

  • Komandada işləmək bacarığı

İş rejimi: Növbəli

İş yeri:Heydər Əliyev Beynəlxalq Hava Limanı

Necə Müraciət Etmək Olar

Azerbaijan Airlines

Azerbaijan Airlines

Other

Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15519

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Satınalma şöbəsi üzrə aparıcı mütəxəssis

Tam Ştat

Təchizatçıların Cəmiyyətin daxili prosedur, qayda və tələblərinə, etik prinsiplərə və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsinə nəzarət etmək; Satınalma prosesləri üzrə büdcə vəsaitlərinin təsdiqləndiyindən əmin olmaq; Cəmiyyətin dəyərlərini və missiyasını paylaşan təchizatçılarla əməkdaşlığın qurulmasını təmin etmək; Bazar araşdırmaları apararaq Cəmiyyətin meyarlarına uyğun potensial təchizatçıları müəyyənləşdirmək və müvafiq təkliflər hazırlamaq; Satınalma tələblərinin, eləcə də mal/material, iş və xidmətlərin texniki spesifikasiyalarının müəyyənləşdirilməsi üçün sifarişçilər və büdcə sahibləri ilə koordinasiya aparmaq; Cəmiyyətin illik satınalma planının hazırlanmasında iştirak etmək; Sifarişçiləri və büdcə sahiblərini bazar imkanları, rəqabət mühiti və əsas təchizatçılar barədə məlumatlandıraraq optimal qərar qəbuluna dəstək olmaq; İllik satınalma planının düzgün və effektiv hazırlanması üçün sifarişçilərə metodoloji dəstək göstərmək; Satınalma planında nəzərdə tutulan mal/material, iş və xidmətlərin düzgün təsnifatlandırılmasını və detallı qeydiyyatının aparılmasını təmin etmək; Təchizatçı siyahısını mütəmadi olaraq yeniləmək və aktuallığını qorumaq; Satınalma təşəbbüskarını təchizatçı axtarışı, seçim və müqavilə danışıqları prosesləri barədə məlumatlandırmaq və prosesə cəlb etmək; Təchizatçılar və daxili sifarişçilər arasında əlaqələndirici şəxs qismində çıxış edərək satınalma ilə bağlı məsələlərin həllini təmin etmək; Cəmiyyətin struktur bölmələri tərəfindən mal/materialların istifadəsinə nəzarət etmək, istifadə normaları ilə faktiki göstəriciləri analiz etmək; İstifadə olunmamış mal-materialların aşkar edilməsi və səmərəli istifadəsi ilə bağlı təkliflər vermək; Texniki materialların anbarlarda düzgün saxlanılmasına nəzarət etmək; Anbarda mal/materialların inventarizasiya prosesinə nəzarət etmək; Peşəkar bilik və bacarıqları davamlı olaraq inkişaf etdirmək.