Ana Səhifə
Vakansiyalar

Satınalma şöbəsi üzrə aparıcı mütəxəssis

Satınalma şöbəsi üzrə aparıcı mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 29 aprel 2026

Son Tarix: 4 may 2026

Təsvir

  • Təchizatçıların Cəmiyyətin daxili prosedur, qayda və tələblərinə, etik prinsiplərə və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsinə nəzarət etmək;

  • Satınalma prosesləri üzrə büdcə vəsaitlərinin təsdiqləndiyindən əmin olmaq;

  • Cəmiyyətin dəyərlərini və missiyasını paylaşan təchizatçılarla əməkdaşlığın qurulmasını təmin etmək;

  • Bazar araşdırmaları apararaq Cəmiyyətin meyarlarına uyğun potensial təchizatçıları müəyyənləşdirmək və müvafiq təkliflər hazırlamaq;

  • Satınalma tələblərinin, eləcə də mal/material, iş və xidmətlərin texniki spesifikasiyalarının müəyyənləşdirilməsi üçün sifarişçilər və büdcə sahibləri ilə koordinasiya aparmaq;

  • Cəmiyyətin illik satınalma planının hazırlanmasında iştirak etmək;

  • Sifarişçiləri və büdcə sahiblərini bazar imkanları, rəqabət mühiti və əsas təchizatçılar barədə məlumatlandıraraq optimal qərar qəbuluna dəstək olmaq;

  • İllik satınalma planının düzgün və effektiv hazırlanması üçün sifarişçilərə metodoloji dəstək göstərmək;

  • Satınalma planında nəzərdə tutulan mal/material, iş və xidmətlərin düzgün təsnifatlandırılmasını və detallı qeydiyyatının aparılmasını təmin etmək;

  • Təchizatçı siyahısını mütəmadi olaraq yeniləmək və aktuallığını qorumaq;

  • Satınalma təşəbbüskarını təchizatçı axtarışı, seçim və müqavilə danışıqları prosesləri barədə məlumatlandırmaq və prosesə cəlb etmək;

  • Təchizatçılar və daxili sifarişçilər arasında əlaqələndirici şəxs qismində çıxış edərək satınalma ilə bağlı məsələlərin həllini təmin etmək;

  • Cəmiyyətin struktur bölmələri tərəfindən mal/materialların istifadəsinə nəzarət etmək, istifadə normaları ilə faktiki göstəriciləri analiz etmək;

  • İstifadə olunmamış mal-materialların aşkar edilməsi və səmərəli istifadəsi ilə bağlı təkliflər vermək;

  • Texniki materialların anbarlarda düzgün saxlanılmasına nəzarət etmək;

  • Anbarda mal/materialların inventarizasiya prosesinə nəzarət etmək;

  • Peşəkar bilik və bacarıqları davamlı olaraq inkişaf etdirmək.

Tələblər

  • Təhsil: Ali Təhsil;

  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – əla;

  • Proqram bilikləri: Word, Excel, Outlook, PowerPoint – yüksək səviyyədə bilmək;

  • Sahə üzrə iş təcrübəsi minimum 3 il;

  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;

  • Analitik təhlil etmə bacarığı;

  • Problemi həll etmə bacarığı;

  • Komandada işləmək bacarığı.

İş qrafiki: 5 günlük

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

Necə Müraciət Etmək Olar

Azerbaijan Airlines

Azerbaijan Airlines

Other

Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15333

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Gəlirlərin optimallaşdırılması üzrə aparıcı analitik / Gəlirlərin Optimallaşdırılması İdarəsi

Tam Ştat

Marşrut səviyyəsində gəlir performansını izləmək və təhlil etmək, zəif nəticə göstərən bazarları müəyyən edərək qiymət, tutum və ya satış üzrə düzəlişlər təklif etmək; Tələb planlaması və qiymət elastikliyinin təhlili üçün qabaqcıl proqnozlaşdırma modelləri və statistik metodlar tətbiq etmək; Müştəri analitikası strategiyalarına dəstək vermək (seqmentasiya və gəlir töhfəsi modelləri daxil olmaqla); Proqnozların dəqiqliyini artırmaq və yeni analitik nəticələr yaratmaq üçün maşın öyrənməsi və “big data” texnologiyalarından istifadə etmək; Satış və Şəbəkə və Cədvəl Planlaşdırması ilə sıx əməkdaşlıq edərək gəlir büdcəsi hədəfləri hazırlamaq və paylaşmaq; Gəlir tendensiyaları, qiymət effektivliyi və kommersiya KPI-larını izləmək üçün avtomatlaşdırılmış hesabat və panellər (Power BI və s.) hazırlamaq və dəstəkləmək.; Məlumat dəqiqliyi, ardıcıllıq və uyğunluğu təmin edən tam izləmə sistemləri layihələndirmək və idarə etmək; Məlumat keyfiyyətini, hesabat dəqiqliyini davamlı olaraq artırmaq və əl müdaxilələrini avtomatizasiya ilə minimuma endirmək.; Kommersiya məlumatlarının rəqabətli istifadəsini dəstəkləyən analitik alətlər hazırlamaq; Şəbəkə və Cədvəl Planlaşdırması, Satış və Tərəfdaşlıq, Gəlirlərin İdarəolunması, Tarif və Marketinq ilə əməkdaşlıq edərək gəlir üzrə analitik nəticələrin tətbiqini təmin etmək.; Gəlirlərin İdarəolunması, Tarif və Satış üzrə təşəbbüs və pilot layihələrdə tətbiq oluna bilən analitik nəticələr təqdim etməklə iştirak etmək; Məlumat izləmə və hesabat prosesləri üçün texniki sənədləşməni hazırlamaq və dəstəkləmək; Analitik nəticələri və təhlilləri təqdim edərək kommersiya planlamasına və uzunmüddətli gəlir artımına dəstək olmaq.; Analitika çatdırılmasında tənzimləyici uyğunluğu və məlumat idarəçiliyi standartlarını təmin etmək.