AZAL Oil İdarəsi / YSM baza laboratoriyası / Laboratoriyanın rəisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 1 may 2026
Son Tarix: 14 may 2026
Təsvir
YSM və xüsusi mayelərin laboratoriya nəzarətinin qüvvədə olan normativ sənədlərə, dövlət və beynəlxalq standartlara uyğun aparılmasını təmin etmək;
Laboratoriya sınaqlarının düzgünlüyünə, ölçmə nəticələrinin etibarlılığına və onların sənədləşdirilməsinə nəzarət etmək;
Laboratoriya avadanlıqlarının və ölçü vasitələrinin texniki və metroloji vəziyyətini təmin etmək, dövri yoxlanışların vaxtında aparılmasını təşkil etmək;
Laboratoriya əməkdaşlarının işini təşkil etmək, iş bölgüsünü aparmaq və icra intizamına nəzarət etmək;
Kondisiyaya uyğun olmayan YSM və xüsusi mayelər aşkar edildikdə operativ tədbirlər görmək və rəhbərliyə rəsmi məlumat vermək;
Daxili və xarici auditlərdə və yoxlamalarda laboratoriyanın iştirakını təmin etmək, aşkar olunmuş uyğunsuzluqlar üzrə tədbirlərin icrasına nəzarət etmək;
Laboratoriya fəaliyyətinin təkmilləşdirilməsi, sınaq metodlarının və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək.
Laboratoriyanın akkredatsiyadan keçməsi üçün lazımi tədbirlərin görülməsi və laboratoriyanın fəaliyyətinin İSO 17025 standartlarının tələblərinə uyğun olmasını təmin etmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Bakalavr/ Magistr);
Yanacaq-sürtkü materialları və laboratoriya fəaliyyətinin idarə edilməsi sahəsində minimum 3–5 il təcrübə;
Problemi həll etmə, analitik düşünmə bacarığı;
Komanda ilə işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Danışıqların aparılması bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
İdarəetmə bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Təqdimat bacarıqları;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (yüksək).
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15518
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+