AZALOIL / Gəncə YSM doldurma şöbəsi / Yanacaq-sürtkü mаteriаllаrınа nəzаrət və keyfiyyət üzrə texnik
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 mart 2026
Son Tarix: 24 mart 2026
Təsvir
YSM obyektlərinin texnoloji avadanlıqlarına və qurğularına texniki xidmət və təmir qrafiklərinə uyğun müəyyən olunmuş vaxtlarda avadanlıqların sınaqlarını və testlərinin icrasını həyata keçirmək.;
Yanacaq-sürtkü materiallarına və xüsusi mayelərin keyfiyyətinə aerodrom şəraitində nəzarəti yerinə yetirmək. Süzgəclərdə təzyiq fərqinə nəzatət etmək, çöküntünü yoxlamaq və süzgəc elementlərinin vaxtlı-vaxtında dəyişilməsini icra etmək. Keyfiyyətə nəzarət sənədlərini düzgün rəsmiləşdirmək və aparmaq;
Təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
Əməyin məhsuldarlığının, işin keyfiyyətinin yüksədilməsinə və maddi ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirləri planlı şəkildə həyata keçirmək. Əmək-istehsalat intizamının qaydalarına riayət etmək;
YSM obyektlərində mexanikləşdirmə və avtomatlaşdırma, yeni texnika və avadanlığın sınaqdan keçirilməsi və tətbiq edilməsi üzrə planlaşdırılmış işlərdə iştirak etmək;
Yaradıcı qabiliyyətə malik olmaq, proseslərə məntiqi və analitik düşüncə ilə yanaşmaq.
Tələblər
Təhsil: Peşə ilə bağlı təhsil; Ali Təhsil (Bakalavr);
Kompüter bilikləri: Word; Excel; PowerPoint; Outlook;
İş təcrübəsi: Minimum 3 il;
Fikrini izah etmək qabiliyyəti;
Ünsiyyət qurmaq bacarığı;
Komandada işləmək bacarığı;
İşə planlı yanaşmaq;
Öz üzərində daima çalışmaq;
İş rejimi: növbəli (08:00-20:00/20:00-08:00);
İş yeri: Gəncə Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11485
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+