AZALOIL / Gəncə YSM doldurma şöbəsi / Yanacaq-sürtgü materialları üzrə mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
YSM xidmətini nizama salan təşkilatı-idarə, texniki təhlükəsizlik sənədləri, prosedur və təlimatları hazırlamaq;
YSM obyektlərinin texnoloji avadanlıqlarına və qurğularına texniki xidmət və təmir üzrə qrafiklər tərtib etmək, onların tam həcmdə icrasını təşkil və ona nəzarət etmək, müəyyən olunmuş vaxtlarda avadanlıqların sınaqlarını və testlərinin keçirilməsini təşkil etmək. Müəyyən edilmiş müddətdə ölçü vasitələri və cihazların metroloji yoxlanışını təmin etmək;
Yanacaq-sürtkü materiallarına və xüsusi mayelərin keyfiyyətinə aerodrom şəraitdə nəzarəti yerinə yetirmək. Süzgəclərdə təzyiq fərqinə nəzatət etmək, çöküntünü yoxlamaq və süzgəc elementlərinin vaxtlı-vaxtında dəyişilməsini təşkil etmək. Keyfiyyətə nəzarət sənədlərini düzgün rəsmiləşdirmək və aparmaq;
Təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
Əməyin məhsuldarlığının, işin keyfiyyətinin yüksədilməsinə və maddi ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirləri planlı şəkildə həyata keçirmək. Əmək-istehsalat intizamının möhkəmləndirilməsinə dair tədbirlər keçirmək;
YSM obyektlərində mexanikləşdirmə və avtomatlaşdırma, yeni texnika və avadanlığın sınaqdan keçirilməsi və tətbiq edilməsi üzrə planlaşdırılmış işlərin keçirilməsini təmin etmək və iştirak etmək;
Yaradıcı qabiliyyətə malik olmaq, proseslərə məntiqi və analitik düşüncə ilə yanaşmaq.
Tələblər
Təhsil səviyyəsi: Ali (Bakalavr);
Minimum 3 il iş təcrübəsi;
Problemi həll etmə, analitik düşünmə bacarığı;
Komanda ilə işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Danışıqların aparılması bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Təqdimat bacarıqları;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı), Rus dili (yaxşı).
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri: Gəncə Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12466
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+