AZALOIL / Gəncə YSM doldurma şöbəsi / Paylayıcı neft bazasının avadanlığının maşinisti
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 9 aprel 2026
Təsvir
Bütün obyektlərdəki istismar olunan avadanlığın etibarlı işini təmin etmək, təmiz və işlək vəziyyətdə saxlamaq, texnoloji əməliyyatların yerinə yetirilməsinə və HG-nin doldurulmasının gecikdirilməsinə yol vermədən nasazlıqları aşkar etmək və onları aradan qaldırmaq;
Cari təmir işlərini, əgər lazım gələrsə, YSM üzrə aviasiya texniklərini və yüksək dərəcəli maşinistləri cəlb etməklə orta əsaslı təmir işlərini yerinə yetirmək;
Aşkar edilmiş YSM-in sızması və axması hallarını aradan qaldırmaq;
YSM obyektlərinin yanğına qarşı təhlükəsizlik rejiminin qaydalarını yerinə yetirmək;
YSM obyektlərinin tam həcmli gündəlik texniki xidmətini həyata keçirmək.
YSM anbar ərazisini təmiz saxlamaq, quru otlardan və digər tullantılardan təmizlənməsini həyata keçirmək.
Tələblər
Təhsil səviyyəsi: Orta (Peşə təhsili);
Minimum 1 il iş təcrübəsi;
Problemi həll etmə, analitik düşünmə bacarığı;
Komanda ilə işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Danışıqların aparılması bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Təqdimat bacarıqları;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
Dil bilikləri: Azərbaycan dili (yüksək) .
İş qrafiki:
Növbəli
İş yeri: Gəncə Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12465
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+