Avtomatlaşdırılmış əməliyyat sisteminin dəstəklənməsi üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 27 may 2026
Təsvir
Görəcəyiniz işlər:
Bankın struktur bölmələrindən daxil olan sorğuları analiz etmək, gələn tələbə görə icra etmək
Əməliyyat zamanı yaranan bug/error qeydlərini təhlil etmək, texniki problemləri eskalasiya qaydalarına uyğun həll etmək;
Sorğuları müəyyən olunmuş vaxt çərçivəsinə uyğun icra etmək;
İstifadəçilərin yaranan problemlərini araşdırmaq və həll etmək;
İstifadəçilərdən gələn zəngləri cavablandırmaq.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli;
IT sahəsində minimum 2 il iş təcrübəsinə sahib (bank təcrübəsi arzu olunandır);
SQL biliklərinə sahib (PL-SQL biliklərinə sahib olmaq üstünlükdür);
Bank əməliyatları, məhsulları və onların xüsusiyyətləri üzrə ümumi biliklər (Flexcube, IBM);
Bankda tətbiq olunan digər program təminatları üzrə ümumi biliklər;
Azərbaycan, ingilis dillərini bilən;
Sürətlə dəyişən və inkişaf edən mühitə uyğunlaşmaq və yenilikləri öyrənməkdə maraqlı olan şəxs
Kritik icra müddətləri ilə işləmə və zamanın idarə edilməsi bacarığına sahib;
Yüksək səviyyədə ünsiyyət bacarığına malik;
Komandada işləmək bacarığına sahib;
Təşəbbüskar və yeniliklərə açıq;
Problemləri sistemli və analitik yanaşma ilə həll etmə bacarığına malik;
Necə Müraciət Etmək Olar
ABB
Finance
ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16554
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+