Avtokar (Lənkəran)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 13 fevral 2026

Son Tarix: 12 mart 2026

Təsvir

  • Texnikanın düzgün istismarı, istismardan öncə və sonra texniki qulluğun göstərilməsi.

  • Avtokar texnikasının təhkim olunduğu ərazidə düzgün və təhlükəsiz idarə etmək;

  • İşə başlamazdan əvvəl avtokara ümumi texniki baxış keçirmək və texnikanın saz vəziyyətdə olub-olmamasını yoxlamaq

  • İşə başlamazdan əvvəl texnikanın mühərrikinin isidilməsi məqsədi ilə texnikanın işlək vəziyyətdə (3-5 dəqiqə) saxlanılması

  • Anbara daxil olan malların istehsal tarixinə uyğun olaraq qruplaşdırılıb təhlükəsiz şəkildə anbarda təyin olunmuş yerlərə yığılması

  • Anbara daxil olan və çıxarılan malları / yükləri avtokarla təhlükəsiz şəkildə daşımaq;

  • Daşınacaq yükləri təlimata uyğun şəkildə qəbul etmək, boşaltmaq və təyinat yerinə vaxtında çatdırmaq;

  • Məhsulların müəyyən olunmuş yerə düzgün və səliqəli şəkildə yığılmasını təmin etmək;

  • Yükləmə və boşaltma əməliyyatlarını səliqəli və zərərsiz yerinə yetirmək;

  • Avtokarın texniki vəziyyətini daim nəzarətdə saxlamaq və nasazlıq hallarında məsul şəxsə məlumat vermək;

  • Gündəlik işə başlamazdan əvvəl və sonra avtomobilin texniki baxışını aparmaq;

  • Yanacaq, yağ və digər ehtiyacların normaya uyğun istifadəsinə nəzarət etmək.

  • Yanacaq sərfiyyatını səmərəli planlaşdırmaq və uçotunu aparmaq;

  • Nəqliyyat vasitəsinin təmiz və səliqəli saxlanılmasına diqqət yetirmək.

  • Motosaata uyğun olaraq texnikanın yağını, yanacaq və hava filterlərini, yanacaq süzgəcini vaxtında dəyişdirmək.

  • Yanacaq sərfiyyatı barəsində vaxtaşırı olaraq anbardara məlumat vermək

  • Təyin olunmuş marşrut və ya sahədə hərəkət etməklə əməyin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət etmək

  • Texnikanın yanacağının doldurulma prossesini təhlükəsiz şəkildə icra etmək

  • Potensial risklərin qarşısını almaq üçün tədbirlər görmək;

  • Vəzifə öhdəliklərini irəli gələn əmək funksiyalarının icrası zamanı hərkət və hərəkətsizliyi nəticəsində şirkətə qarşı vurulmuş ziyanı ödəmək;

  • Şöbəyə aid olan prosedur və qaydalara riayət etmək;

  • Daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək;

  • SƏTƏM qaydalarına əməl etmək;

  • Rəhbərliyin verdiyi digər tapşırıqları operativ icra etmək.

Tələblər

  • Təhsil: Orta;

  • Yaş həddi: 22-45;

  • Avtokar sürücüsü olaraq minimum 1 il iş təcrübəsi;

  • Avtokar texnikasının idarə edilməsi üçün müvafiq kateqoriya;

İş şəraiti;

  • İş yeri; Lənkəran Hazır Məhsul Anbarı;

  • İş qrafiki: 6 gün;

  • Əmək haqqı: Biz bunu təcrübəniz əsasında müəyyən edəciyik;

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8693

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya