Aşpaz-Padarçöl təsərrüfatı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 30 mart 2026
Təsvir
Bütün qidaların hazırlanması proseslərinin emal, saxlama və hazırlama üsullarına uyğun şəkildə həyata keçirilməsini təmin etmək;
Kütləvi istehlak üçün isti və soyuq qəlyanaltılar, müxtəlif növ şorbalar, əsas xörəklər, kulinar məmulatlar, içkilər, xəmirdən hazırlanan məmulatlar və s. yeməklərin və porsiyaların hazırlanmasını təmin etmək;
Təhlükəsiz və gigiyenik iş mühiti yaratmaq məqsədilə təmizlik və sanitariya qaydalarına riayət etmək;
Mətbəxdə daim təmizliyə və nizam-intizama riayət etmək;
Qida tullantılarının minimuma endirilməsi və məhsulların səmərəli istifadəsini təmin etmək;
Qəbul edilən məhsulları düzgün şəkildə yerləşdirmək və saxlamaq;
Ehtiyatda məhsul olub-olmamasına nəzarət etmək, çatışmazlıq olduqda sifarişlər vermək.
Tələblər
Peşə və ya kulinariya məktəbindən diplomun olması üstünlük sayılır;
Aşpaz kimi minimum 2–3 illik iş təcrübəsi;
Sanitariya və gigiyena qaydalarına riayət etmək bacarığı;
Müxtəlif yemək bişirmə texnika və üsulları üzrə əsas bilik və bacarıqlar.
Necə Müraciət Etmək Olar
Agro Dairy LLC
Manufacturing
Agro Dairy LLC Azərbaycanda fəaliyyət göstərən iri südçülük və aqrar-sənaye şirkətidir. Şirkət əsasən süd və süd məhsullarının istehsalı ilə məşğuldur və müasir texnologiyalar tətbiq etməklə yüksək keyfiyyət standartlarına uyğun məhsullar təqdim edir. Agro Dairy həm xammal istehsalı (heyvandarlıq), həm də emal prosesini vahid istehsal zənciri çərçivəsində idarə edir. Şirkət fəaliyyətində qida təhlükəsizliyi, innovativ istehsal və dayanıqlı kənd təsərrüfatı prinsiplərini əsas götürür. Agro Dairy daxili bazarın süd məhsullarına olan tələbatının qarşılanmasına töhfə verməklə yanaşı, aqrar sektorun inkişafı, yeni iş yerlərinin yaradılması və regionların iqtisadi potensialının gücləndirilməsi istiqamətində də mühüm rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10812
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+