IT Specialist
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 19 mart 2026
Təsvir
Şirkətin bütün IT infrastrukturunun (kompüterlər, serverlər, printerlər, routerlər, CCTV, ERP və CRM sistemləri) fasiləsiz işləməsini təmin etmək;
Yeni istifadəçilərin sistemə qoşulması, e-poçt və domen hesablarının yaradılması və idarə edilməsi;
LAN/WAN şəbəkəsinin idarə olunması, internet bağlantısı və təhlükəsizlik sistemlərinə nəzarət;
Service Desk portalı üzərindən daxil olan müraciətləri müəyyən olunmuş SLA çərçivəsində icra etmək;
Backup (ehtiyat nüsxə) sistemlərinin mütəmadi yoxlanması və yenilənməsi;
Hardware/software nasazlıqların operativ aşkarlanması və aradan qaldırılması;
Office 365, Outlook, OneDrive, SharePoint və digər bulud əsaslı sistemlərin idarə edilməsi;
ERP sistemlərində (Logo, Zoho, 1C və s.) istifadəçi hüquqlarının tənzimlənməsi və texniki dəstək göstərilməsi;
Məlumat təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi;
Printer, proyektor, POS və digər ofis avadanlıqlarının texniki xidmətinin təşkili;
IT inventarının uçotunun aparılması və dövri texniki auditlərin həyata keçirilməsi.
Tələblər
Windows OS və Office proqramları üzrə yüksək səviyyədə bilik;
Windows Server, Active Directory, DHCP, DNS, Group Policy, VLAN, VPN, Mikrotik, Ubiquiti üzrə biliklər;
TCP/IP, UDP, DNS, HTTP, HTTPS şəbəkə protokolları haqqında bilik;
ERP və CRM sistemləri ilə işləmək təcrübəsi arzuolunandır;
Məsuliyyət, operativlik və analitik düşünmə bacarığı;
Komanda ilə işləmək və texniki problemləri effektiv həll etmək bacarığı.
IPT (3CX) üzrə biliklər arzuolunandır.
Necə Müraciət Etmək Olar
Agro Dairy LLC
Manufacturing
Agro Dairy LLC Azərbaycanda fəaliyyət göstərən iri südçülük və aqrar-sənaye şirkətidir. Şirkət əsasən süd və süd məhsullarının istehsalı ilə məşğuldur və müasir texnologiyalar tətbiq etməklə yüksək keyfiyyət standartlarına uyğun məhsullar təqdim edir. Agro Dairy həm xammal istehsalı (heyvandarlıq), həm də emal prosesini vahid istehsal zənciri çərçivəsində idarə edir. Şirkət fəaliyyətində qida təhlükəsizliyi, innovativ istehsal və dayanıqlı kənd təsərrüfatı prinsiplərini əsas götürür. Agro Dairy daxili bazarın süd məhsullarına olan tələbatının qarşılanmasına töhfə verməklə yanaşı, aqrar sektorun inkişafı, yeni iş yerlərinin yaradılması və regionların iqtisadi potensialının gücləndirilməsi istiqamətində də mühüm rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10813
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+