Armaturçu
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
İş yeri: Layihə Sahəsi – AZFEN Bayıl Sahəsi
Layihə mərhələsi: Tikinti və İstismara Verilmə
Vəzifə öhdəlikləri
Armaturlama işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq normalara, prosedurlara və keyfiyyət tələblərinə riayət etməklə icra etmək.
İş yerinin təhlükəsiz olmasına diqqət yetirmək, armaturlama işlərinin yerinə yetirilməsini, verilmiş tapşırıqların icrasını, armaturlama ləvazimatlarının istismarını və qorunmasını qüvvədə olan müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun təmin etmək.
Armaturlanacaq sahələrin və həcmlərin betonlama işlərinin başlanması üçün tam hazır olmasına əmin olmaq.
Verilmiş cizgi və eskizlər üzrə armaturların düzgün əyilməsinə, birləşməsinə, bağlanmasına diqqət yetirmək.
İş prosesindən əvvəl və sonra iş yerini istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən olunmuş yerlərə yerləşdirmək.
Armaturların kəsilməsi, əyilməsi və quraşdırılması zamanı istifadə olunan alət və avadanlıqların saz vəziyyətdə olmasına nəzarət etmək.
Armaturların paslanma, deformasiya və digər qüsurlardan təmizlənməsini təmin etmək.
Betonlama zamanı armaturların yerindən tərpənməməsi üçün möhkəmləndirici tədbirlərin görülməsini təmin etmək.
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı göstəriş və təlimatların tələblərinə, habelə uyğun prosedurlara əməl etmək.
Tələblər
Tələblər və Təcrübə:
Müvafiq sahə üzrə (armaturçu və ya tikinti işləri) minimum 2 il iş təcrübəsi
Texniki çertyoj və eskizləri oxumaq bacarığı
Armaturların kəsilməsi, əyilməsi və quraşdırılması üzrə praktiki biliklər
Tikinti norma və qaydaları, eləcə də keyfiyyət tələbləri barədə anlayış
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmə bacarığı
Fiziki cəhətdən sağlamlıq və sahə şəraitində işləmək imkanı
Komanda ilə işləmə və verilmiş tapşırıqları vaxtında icra etmə bacarığı
Məsuliyyətlilik, dəqiqlik və intizamlılıq.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Azfen MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13163
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə