Layihə rəhbəri müavini
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 12 aprel 2026
Təsvir
Mühəndislik, idarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil.
Minimum 5 il mühəndislik və ya texniki rəhbərlik sahəsində iş təcrübəsi
Komandaya rəhbərlik etmə bacarığı;
Güclü təşkilati və inzibati bacarıqlar.
Analitik düşünmə və problem həll etmə bacarığı
Təhlükəsizlik standartlarını və sənaye tələblərini yaxşı bilmək
Neft-qaz, tikinti və quraşdırma və ya ağır sənaye sahələrində idarəetmə vəzifələrində iş təcrübəsi
Vəzifə öhdəlikləri:
Layihənin təşkilati strukturuna daxil olan struktur bölmələrə rəhbərlik etmək,istehsalat vahidləri, sex və digər struktur bölmələrin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətlərini təşkil etmək,onların fəaliyyətini istiqamətləndirmək.
Bütünlükdə material-texniki və əmək ehtiyatlarının səmərəli istifadəsini, yerinə yetirilən tikinti-quraşdırma və əsaslı təmir işlərinin keyfiyyətcə yaxşılaşdırılmasını, istehsalatın mexanikləşdirilməsi üzrə işləri təşkil etmək.
Layihədə texnoloji intizama,əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarına riayət edilməsi işlərini təşkil etmək.
Layihə üzrə tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə, İSO standartlarına, texniki şəraitə, əmək prosesləri normalarına və digər normativ sənədlərə uyğun yerinə yetirilməsini təşkil etmək.
Bütünlükdə Layihə üzrə əmək və icra intizamı səviyyəsinin möhkəmləndirilmə-
si istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etmək.
Layihənin istehsalat-təsərrüfat fəaliyyəti ilə bağlı Azfen MMC-nin müəyyən etdiyi iş proqramının,o cümlədən podrat müqavilələr üzrə nəzərdə tutulmuş iş həcmlərinin vaxtında icra olunmasını təmin etmək.
İşlərin gedişi,yerinə yetirilmiş işlərin həcmi,işlərin planlaşdırılması və s.məsələlərin həlli ilə baglı sifarişçi təşkilatlarla əlaqə saxlamaq.
Texniki-təşkilati tədbirlərin, istehsalat tapşırıqlarının, cari və perspektiv planların müzakirəsi ilə bağlı müşavirələr keçirmək, işlərin gedişi barədə rəhbərliyi məlumatlandırmaq.
Rəhbərliyin digər göstəriş və tapşırıqlarını sözsüz və vicdanla yerinə yetirmək.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Azfen MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10886
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə