Aqronom fizioloq (Torpaqşünas)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 fevral 2026
Son Tarix: 17 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Şirkət üzrə torpaq münbitliyi və bitki qidalanması strategiyasının hazırlanması və tətbiqi
Torpaq nümunə götürmə sisteminin qurulması, analizlərin interpretasiyası və zonalaşdırması
Münbitlik xəritələrinin hazırlanması və əsas torpaq göstəricilərinin monitorinqi
Əsas bitkilər üzrə qidalanma konsepsiyaları və gübrələmə proqramlarının hazırlanması
Qida normativlərinin hesablanması və vegetasiya dövründə korrektələrin edilməsi
Yarpaq analizlərinə əsasən düzəliş planlarının hazırlanması
Qida balansının formalaşdırılması, illik gübrə tələbatı və büdcənin planlaşdırılması
Gübrə xərclərinin və proqramların iqtisadi səmərəliliyinin təhlili
Səpin norması, vaxtı, sort seçimi və becərmə sistemləri üzrə elmi əsaslandırılmış tövsiyələr
Bitkilərin inkişaf fazalarına uyğun becərmə və qidalanma planlarının hazırlanması
Sahələrdə aqronomik diaqnostika və məhsuldarlıq nəticələrinin təhlili
Regionlar üzrə məhsuldarlıq fərqlərinin analiz edilməsi
Region və klaster təsərrüfatlarına mütəmadi səfərlər
Aqrotexniki əməliyyatların düzgün icrasına nəzarət
Region aqronomlarına metodiki və operativ dəstək
Soil Health proqramlarının tətbiqi, üzvi maddənin artırılması
Cover crop, yaşıl gübrə və minimal becərmə texnologiyalarının təşviqi
GIS, rəqəmsal sistemlər və precision fertilization texnologiyalarının tətbiqi
Yeni gübrə və qidalanma texnologiyalarının sınağı, elmi qurumlarla əməkdaşlıq
Vəzifə tələbləri:
Ali təhsil (Aqronomiya, aqrokimya və ya torpaqşünaslıq üzrə)
Magistr və ya elmi dərəcə üstünlük hesab olunur
Minimum 5 il aqrokimya və ya aqronomiya sahəsində təcrübə
Böyük sahəli təsərrüfatlarda iş təcrübəsi üstünlükdür
Region aqronomu və ya baş aqronom kimi təcrübə arzuolunandır
Elmi fəaliyyətlə məşğul olan mütəxəssislər
Bitki mühafizəsi üzrə elmi məqalə və tədqiqat təcrübəsi olan namizədlər
Uzunmüddətli istehsalat təcrübəsi olan aqronomlar
Həm nəzəri, həm də praktiki biliklərə malik mütəxəssislər
Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik;
Azərbaycan dili səlis, İngilis dili arzuolunandır
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Əlavə məlumat:
Struktur: Aqrar əməliyyatlar bloku, Aqranomiya və ekspertiza departamenti
Bilavasitə tabe olduğu şəxs: Aqranomiya və ekspertiza departamentinin rəhbəri
İş yeri: Regional (Bakı, Yevlax, Şəmkir, Ağcabədi, Beyləqan)
İş qrafiki: 5 günlük iş həftəsi (1-5-ci günlər 09:00-18:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını Aqronom fizioloq (Torpaqşünas) qeyd edərək qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur**.**
Necə Müraciət Etmək Olar
Azərşəkər LLC
Manufacturing
Azərşəkər LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən şəkər və şəkər məhsullarının istehsalı və emalı ilə məşğul olan aqrar-sənaye şirkətidir. Müəssisə ölkədə şəkər çuğundurunun emalı və hazır məhsul istehsalı istiqamətində fəaliyyət göstərərək daxili bazarın şəkər tələbatının ödənilməsinə töhfə verir. Şirkət müasir istehsal texnologiyalarından istifadə edərək keyfiyyət standartlarına uyğun məhsul istehsal etməyi hədəfləyir. Azərşəkər fəaliyyəti çərçivəsində kənd təsərrüfatı istehsalçıları ilə əməkdaşlıq, xammal bazasının genişləndirilməsi və aqrar sektorun inkişafına dəstək kimi istiqamətlərə önəm verir. Şirkət eyni zamanda regionlarda məşğulluğun artırılmasına və qeyri-neft sənayesinin gücləndirilməsinə töhfə verən iri istehsal müəssisələrindən biri kimi çıxış edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9026
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500