İstehsalat şöbəsinin müdiri (Oğuz rayonu)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 fevral 2026

Son Tarix: 19 mart 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Hazır məhsulların keyfiyyətinin təmin edilməsi və hazır məhsulların plana uyğun olaraq istehsal edilməsinə cavabdeh olmaq;

  • Prosesin idarə edilməsi, optimallaşdırılması, sistemin düzgün işləməsini  təmin etmək.

  • İqtisadi cəhətdən texnoloji proseslərin əsaslandırılması, işlənib hazırlanılması, tətbiqi və məhsul buraxılışı rejimlərini işləyib hazırlamaq;

  • İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını, xammala, materiala, əmək sərfinə qənaət, məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil etmək;

  • Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnoloji sənədləşdirməsinin hazırlanmasına nəzarət etmək;

  • Yeni texnikanın və texnologiyanın tətbiqi, sınağı və mənimsənilməsi müddətinin azaldılması üzrə tədbirlərin hazırlanması, istehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində  iştirak etmək;

  • Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorları aradan qaldırılması, qəza vəziyyətləri zamanı  görüləcək tədbirləri və onlara əməl olunmasına nəzarət etmək;

  • Texnoloji hesabatların aparılmasını təşkil etmək;

  • Digər bölmələrin rəhbərləri ilə birgə, istehsal proseslərini optimallaşdırmaq və büdcə çərçivəsində fəaliyyətlərin həyata keçirilməsi üçün yeni mütərəqqi texnologiyaların tətbiqi barədə rəhbərliyə təkliflər vermək;

  • İstehsalat prosesi zamanı rəhbərlik tərəfindən razılaşdırılmış texnoloji prosesin düzgün idarə olunması və bu texnoloji prosesdən kənarlaşma hallarının olmaması üçün prosesə nəzarət etmək;

  • İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı dialoqlarda iştirak etmək;

  • İstehsalat dayanmalarını analiz etmək, məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasında yaxından iştirak etmək;

  • İstehsalat prosesi zamanı operatorların qarşılaşdığı çətinliklərin tez bir zamanda aradan qaldırılmasında onlara yardımçı olmaq;

  • İstehsalatda istifadə olunan xammal və materialların düzgün təyin olunmuş norma daxilində istifadə edilməsinə nəzarət etmək;

  • İstehsalatın planlaşdırılması, vaxt normalarının yaxşılaşdırılması, iş yerinin attestasiyası və müasirləşdirilməsinə dair plan hazırlamaq;

  • Eyni məhsul istehsalçılarının qabaqcıl təcrübələrindən istifadə edərək yeni metodların işlənilməsini təmin etmək;

  • Qəza vəziyyətləri zamanı görüləcək tədbirlər planını müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək;

  • İstehsalat sexinin və avadanlıqlarının düzgün yuyulmasına, yuyucu və dezinfeksiya edici vasitələrin normaya uyğun olaraq istifadə edilməsinə nəzarət etmək;

  • İş alətləri və avadanlıqlardan, iş geyimləri və Fərdi Mühafizə Vasitələrindən səliqəli və düzgün istifadə edilməsinə nəzarət etmək;

  • İstehsal dayandıqda, iş rejimi pozulduqda, keyfiyyətsiz məhsul istehsal edildikdə, texniki təhlükəsizlik qaydaları və istehsalatda sanitariya normaları pozulduqda dərhal tabe olduğu rəhbərini məlumatlandırmaq;

  • Tabeçiliyində olan işçilərin daxili əmək intizamı qaydalarına riayət etməsini təmin etmək;

Vəzifə tələbləri:

  • Ali təhsil (Qida mühəndisliyi, Kimya mühəndisliyi, Aqrar mühəndislik, Texnoloji proseslər və ya əlaqəli ixtisaslar üzrə)

  • İstehsalat sahəsində minimum 3-5 il iş təcrübəsi

  • Qida və ya aqrar emal müəssisəsində ən azı 2 il rəhbər vəzifədə iş təcrübəsi

  • Qarğıdalı və ya digər kənd təsərrüfatı məhsullarının emalı sahəsində təcrübəyə üstünlük verilir

  • İstehsal proseslərinin qurulması, planlaşdırılması və optimallaşdırılması sahəsində praktiki bilik və bacarıq

  • Texnoloji xətt və sənaye avadanlıqlarının iş prinsipləri barədə dərin bilik

  • İstehsal gücünün artırılması, itkilərin azaldılması və xərclərin optimallaşdırılması üzrə təcrübə

  • Keyfiyyət idarəetmə sistemləri (ISO, HACCP və s.) barədə məlumatlılıq və tətbiq təcrübəsi

  • İstehsal planının hazırlanması, gündəlik və aylıq hesabatların tərtibi bacarığı

  • Anbar, xammal və hazır məhsul dövriyyəsinə nəzarət təcrübəsi

  • Komandanın idarə olunması, motivasiya və performans qiymətləndirilməsi bacarığı

  • Problemlərin operativ həlli və qərarvermə qabiliyyəti

  • Yüksək məsuliyyətlilik, intizam və təşkilatçılıq qabiliyyəti

  • Azərbaycan dili səlis, İngilis dili və rus dili yaxşı

  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Əlavə məlumat:

  • Struktur: İstehsalat departamenti

  • Birbaşa tabe olduğu şəxs: İstehsalat departamentinin rəhbəri

  • İş yeri: Oğuz rayonu

  • İş qrafiki: 5 günlük iş həftəsi ( 09:00-18:00)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İstehsalat şöbəsinin müdiri) qeyd edərək qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

Necə Müraciət Etmək Olar

Azərşəkər LLC

Azərşəkər LLC

Manufacturing

Azərşəkər LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən şəkər və şəkər məhsullarının istehsalı və emalı ilə məşğul olan aqrar-sənaye şirkətidir. Müəssisə ölkədə şəkər çuğundurunun emalı və hazır məhsul istehsalı istiqamətində fəaliyyət göstərərək daxili bazarın şəkər tələbatının ödənilməsinə töhfə verir. Şirkət müasir istehsal texnologiyalarından istifadə edərək keyfiyyət standartlarına uyğun məhsul istehsal etməyi hədəfləyir. Azərşəkər fəaliyyəti çərçivəsində kənd təsərrüfatı istehsalçıları ilə əməkdaşlıq, xammal bazasının genişləndirilməsi və aqrar sektorun inkişafına dəstək kimi istiqamətlərə önəm verir. Şirkət eyni zamanda regionlarda məşğulluğun artırılmasına və qeyri-neft sənayesinin gücləndirilməsinə töhfə verən iri istehsal müəssisələrindən biri kimi çıxış edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9173

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya

Satınalmalar üzrə təcrübəçi

Tam Ştat

Vəzifə öhdəlikləri: Satınalma üzrə qayda və təlimatların mənimsənilməsi. Satınalma üzrə sənədlər və mahiyyətinin öyrənilməsi Satınalma ERP sistem üzrə biliklər əldə etmək Müvafiq müqavilə, faktura,təhvil-təslim aktları üzrə baza biliklərin əldə edilməsi ERP sistemdə sifarişlərin yaradılması və izlənilməsi Sənəd dövriyyəsinin təşkilində aktik iştirak etmək Kiçik həcmli satınalma və logistika sifarişlərinin təşkili və ya icrasında iştirak etmək Məxfilik tələb edən məlumatların qorunması; Fəaliyyəti ilə əlaqədar tələb edilən hesabatların hazırlanması; Vəzifə tələbləri: Maliyyə, iqtisadiyyat və ya təchizat zəncirləri sahəsi üzrə ali ixtisas təhsili; Satınalma prosesləri haqqında ümumi anlayış (öyrənməyə açıq olmaq kifayətdir) Qiymət müqayisəsi və bazar araşdırmasına maraq Rəqəmlərlə işləmək bacarığı Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı; Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq; Ünsiyyət və danışıq bacarıqları, məsuliyyətli və diqqətli olmaq, komanda ilə işləmə bacarığı Vaxtın düzgün idarə edilməsi qabiliyyəti; Azərbaycan dili səlis, İngilis dili (upper intermediate), Rus dili bilikləri arzuolunandı Əlavə məlumat: Struktur: Satınalma və logistika departamenti Bilavasitə tabe olduğu şəxs: Departament rəhbəri İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00); Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Satınalmalar üzrə təcrübəçi) qeyd edərək göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Risk və Daxili nəzarət üzrə mütəxəssis

Tam Ştat

Vəzifə öhdəlikləri: Cəmiyyətdə effektiv nəzarət mühitinin fomalaşdırılması istiqamətində işlərin həyata keçirilməsinə dəstək olmaq; Cəmiyyət üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və prioritetləşdirilməsi prosesində iştirak etmək, risk reyestrlərinin hazırlanmasına və yenilənməsinə dəstək olmaq; Əsas Risk Göstəricilərinin və risk hadisələrinin monitorinqini həyata keçirmək, risk və daxili nəzarət üzrə dövri hesabatlar hazırlamaq və üst rəhbərliyə təqdim etmək; Cəmiyyətin strateji məqsədlərinə nail olmaq üçün əməliyyat, hesabatlılıq və qanunvericilik istiqamətində preventiv və detektiv nəzarət mexanizmlərininin hazırlanmasında iştirak etmək; Cəmiyyətdə əməliyyatların davamlılığını və effektivliyini təmin etmək məqsədilə nəzarət mexanizmlərinin mövcud olması istiqamətində işləri icra etmək; Cəmiyyətin maddi və qeyri-maddi aktivlərin təyinatı üzrə istifadə olunması ilə bağlı nəzarət mexanizmlərini qurmaq; Zərurət yarandığı hallarda Cəmiyyətin baş ofisi və digər strukturları tərəfindən həyata keçirilən cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət etmək məqsədilə həmin tədbirlərdə bilavasitə iştirak etmək; Cəmiyyətdə proses sahibləri tərəfindən tətbiq olunan nəzarət mexanizmlərinin effektiv və düzgün tətbiq edilməsini test edilməsi məqsədilə üst rəhbərin təlimatlarına əməl etmək; Qanunvericilik, daxili siyasət və etik davranış qaydalarına uyğunluğun gücləndirilməsi, fırıldaqçılıq risklərinin idarə olunması və risk mədəniyyətinin inkişafı məqsədilə monitorinqlərdə, araşdırmalarda və maarifləndirmə tədbirlərində iştirak etmək. Kənar, daxili audit və digər xidməti yoxlamaların gedişində aşkar olunan saxtakarlıq hallarını, nöqsan və çatışmazlıqları müzakirə etmək; Qaynar xətt və digər məlumatlandırma kanalları vasitəsilə daxil olan şikayət, məlumat və sui-istifadə ehtimalları üzrə ilkin qiymətləndirmə aparmaq, aidiyyəti üzrə yönləndirmək, araşdırma prosesində iştirak etmək, nəticələrin sənədləşdirilməsini və görülən tədbirlərin monitorinqini təmin etmək. Cəmiyyət əməkdaşları tərəfindən yol verilmiş neqativ hallar və mənimsəmə ilə əlaqədar hüquqpozma halları, habelə daxili nəzarət yoxlamalarının və monitrinqlərinin nəticələri üzrə qanunvericiliyə uyğun olaraq xidməti araşdırmaların aparılmasında iştirak etmək; Üst rəhbərə araşdırma ilə bağlı lazım olan digər hesabatları hazırlamaq və təqdim etmək. Vəzifə tələbləri: Ali təhsil (Maliyyə, iqtisadiyyat, audit, idarəetmə üzrə) Risklərin idarə olunması, daxili nəzarət və ya audit sahəsində ən azı 2–3 il təcrübə ORM, ACCA, CIA, CRMA və s. sertifikatlara üstünlük Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və monitorinqi Daxili nəzarət sistemlərinin qurulması və effektivliyinin test edilməsi Proses və maliyyə təhlili, risk matrisi və reyestrinin hazırlanması Analitik düşünmə, hesabatvermə və Excel/analitik alətlərlə işləmə bacarığı Daxili audit və yoxlamalarda iştirak, rəhbərliyə hesabatların təqdimatı Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik; Əlavə məlumat: Struktur: Risk və daxili nəzarət departamenti Birbaşa tabe olduğu şəxs: Risk və daxili nəzarət departamentinin rəhbəri İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00); Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Risk və Daxili nəzarət üzrə mütəxəssis) qeyd edərək qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

Bitki mühafizəsi üzrə aqronom

Tam Ştat

Vəzifə öhdəlikləri: Şirkət üzrə bitki mühafizəsi və IPM strategiyasının hazırlanması və tətbiqi Əsas bitkilər üzrə mühafizə konsepsiyalarının formalaşdırılması Kimyəvi, bioloji və aqrotexniki tədbirlərin inteqrasiyası Korporativ standart və metodologiyaların hazırlanması Zərərverici, xəstəlik və alaq monitorinq sisteminin qurulması Risk xəritələri, economic threshold və proqnozlaşdırma modellərinin hazırlanması Skautinq protokolları və fitosanitar diaqnostika Regionlar üzrə fitosanitar vəziyyət və risk fərqlərinin təhlili Rezistentlik risklərinin idarə olunması strategiyaları Bitkilər üzrə pestisid tətbiqi sxemlərinin hazırlanması və korrektəsi Preparatların effektivlik və iqtisadi səmərəlilik təhlili Sahələrdə mühafizə tədbirlərinin icrasına nəzarət Region aqronomlarına metodiki və operativ dəstək İllik pestisid tələbatı və büdcənin hazırlanması Xərclərin optimallaşdırılması və proqramların iqtisadi effektinin qiymətləndirilməsi Mühafizə tədbirlərinin məhsuldarlığa təsirinin təhlili Monitorinq və mühafizə məlumatlarının rəqəmsal sistemlərdə idarəsi GIS-də risk və yayılma xəritələrinin qurulması Rəqəmsal skautinq və erkən xəbərdarlıq sistemlərinin tətbiqi Yeni pestisid və bioloji texnologiyaların sınağı, demo sahələr və elmi əməkdaşlıq Vəzifə tələbləri: Ali təhsil (Aqronomiya, bitki mühafizəsi və ya bitki patologiyası üzrə) Magistr və ya elmi dərəcə üstünlük hesab olunur Minimum 5 il bitki mühafizəsi və ya aqronomiya sahəsində təcrübə Böyük sahəli təsərrüfatlarda iş təcrübəsi üstünlükdür Region aqronomu və ya baş bitki mühafizə mütəxəssisi kimi təcrübə arzuolunandır Elmi fəaliyyətlə məşğul olan mütəxəssislər Bitki mühafizəsi üzrə elmi məqalə və tədqiqat təcrübəsi olan namizədlər Uzunmüddətli istehsalat təcrübəsi olan aqronomlar Həm nəzəri, həm də praktiki biliklərə malik mütəxəssislər Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı; Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik; Azərbaycan dili səlis, İngilis dili arzuolunandır Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi. Əlavə məlumat: Struktur: Aqrar əməliyyatlar bloku, Aqranomiya və ekspertiza departamenti Bilavasitə tabe olduğu şəxs: Aqranomiya və ekspertiza departamentinin rəhbəri İş yeri: Regional (Bakı, Yevlax, Şəmkir, Ağcabədi, Beyləqan) İş qrafiki: 5 günlük iş həftəsi (1-5-ci günlər 09:00-18:00); Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Bitki mühafizəsi üzrə aqronom) qeyd edərək qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.