Bitki mühafizəsi üzrə aqronom
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 fevral 2026
Son Tarix: 17 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Şirkət üzrə bitki mühafizəsi və IPM strategiyasının hazırlanması və tətbiqi
Əsas bitkilər üzrə mühafizə konsepsiyalarının formalaşdırılması
Kimyəvi, bioloji və aqrotexniki tədbirlərin inteqrasiyası
Korporativ standart və metodologiyaların hazırlanması
Zərərverici, xəstəlik və alaq monitorinq sisteminin qurulması
Risk xəritələri, economic threshold və proqnozlaşdırma modellərinin hazırlanması
Skautinq protokolları və fitosanitar diaqnostika
Regionlar üzrə fitosanitar vəziyyət və risk fərqlərinin təhlili
Rezistentlik risklərinin idarə olunması strategiyaları
Bitkilər üzrə pestisid tətbiqi sxemlərinin hazırlanması və korrektəsi
Preparatların effektivlik və iqtisadi səmərəlilik təhlili
Sahələrdə mühafizə tədbirlərinin icrasına nəzarət
Region aqronomlarına metodiki və operativ dəstək
İllik pestisid tələbatı və büdcənin hazırlanması
Xərclərin optimallaşdırılması və proqramların iqtisadi effektinin qiymətləndirilməsi
Mühafizə tədbirlərinin məhsuldarlığa təsirinin təhlili
Monitorinq və mühafizə məlumatlarının rəqəmsal sistemlərdə idarəsi
GIS-də risk və yayılma xəritələrinin qurulması
Rəqəmsal skautinq və erkən xəbərdarlıq sistemlərinin tətbiqi
Yeni pestisid və bioloji texnologiyaların sınağı, demo sahələr və elmi əməkdaşlıq
Vəzifə tələbləri:
Ali təhsil (Aqronomiya, bitki mühafizəsi və ya bitki patologiyası üzrə)
Magistr və ya elmi dərəcə üstünlük hesab olunur
Minimum 5 il bitki mühafizəsi və ya aqronomiya sahəsində təcrübə
Böyük sahəli təsərrüfatlarda iş təcrübəsi üstünlükdür
Region aqronomu və ya baş bitki mühafizə mütəxəssisi kimi təcrübə arzuolunandır
Elmi fəaliyyətlə məşğul olan mütəxəssislər
Bitki mühafizəsi üzrə elmi məqalə və tədqiqat təcrübəsi olan namizədlər
Uzunmüddətli istehsalat təcrübəsi olan aqronomlar
Həm nəzəri, həm də praktiki biliklərə malik mütəxəssislər
Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik;
Azərbaycan dili səlis, İngilis dili arzuolunandır
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Əlavə məlumat:
Struktur: Aqrar əməliyyatlar bloku, Aqranomiya və ekspertiza departamenti
Bilavasitə tabe olduğu şəxs: Aqranomiya və ekspertiza departamentinin rəhbəri
İş yeri: Regional (Bakı, Yevlax, Şəmkir, Ağcabədi, Beyləqan)
İş qrafiki: 5 günlük iş həftəsi (1-5-ci günlər 09:00-18:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Bitki mühafizəsi üzrə aqronom) qeyd edərək qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azərşəkər LLC
Manufacturing
Azərşəkər LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən şəkər və şəkər məhsullarının istehsalı və emalı ilə məşğul olan aqrar-sənaye şirkətidir. Müəssisə ölkədə şəkər çuğundurunun emalı və hazır məhsul istehsalı istiqamətində fəaliyyət göstərərək daxili bazarın şəkər tələbatının ödənilməsinə töhfə verir. Şirkət müasir istehsal texnologiyalarından istifadə edərək keyfiyyət standartlarına uyğun məhsul istehsal etməyi hədəfləyir. Azərşəkər fəaliyyəti çərçivəsində kənd təsərrüfatı istehsalçıları ilə əməkdaşlıq, xammal bazasının genişləndirilməsi və aqrar sektorun inkişafına dəstək kimi istiqamətlərə önəm verir. Şirkət eyni zamanda regionlarda məşğulluğun artırılmasına və qeyri-neft sənayesinin gücləndirilməsinə töhfə verən iri istehsal müəssisələrindən biri kimi çıxış edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9027
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500