Aptek satış nümayəndəsi
Tam Ştat
Orta Səviyyə
700 AZN-dən
Yerləşdirilib 8 mart 2026
Son Tarix: 3 aprel 2026
Təsvir
Şirkət: Orzax / BioHerbalBaku
İş rejimi: Tam ştat (sahə işi)
Vəzifənin məqsədi
Aptek Satış Nümayəndəsi Orzax məhsullarının apteklərdə mövcudluğunu, rəf üzərində düzgün təqdimatını və satışını təmin edən sahə əməkdaşıdır. Bu vəzifə yalnız apteklərlə işləyir və satış strategiyasının sahədə birbaşa icraçısıdır.
İş öhdəlikləri
Məsul olduğu bölgədə apteklərlə planlı və müntəzəm ziyarətlərin həyata keçirilməsi
Apteklərdən sifarişlərin toplanması, satış hədəflərinin icrası, gündəlik ziyarət və satış fəaliyyətlərinin sistemə daxil edilməsi
Yeni apteklərin portfelə daxil edilməsi və mövcud apteklərlə davamlı əməkdaşlığın qurulması
Məhsulların apteklərdə düzgün rəf görünürlüyü və mövcudluğunun təmin edilməsi
Kampaniya, promosyon və satış təşviqi fəaliyyətlərinin apteklərdə tətbiqi
Aptek stoklarının izlənməsi və çatışmazlıqların vaxtında bildirilməsi
Rəqib məhsulların qiymət və kampaniya aktivliklərinin izlənməsi və hesabatlanması
Medikal və satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Tələblər
Yaş aralığı: 25 - 40
Təhsil: Minimum orta ixtisas təhsili tələb olunur, ali təhsil üstünlük hesab edilir.
Təcrübə:
Təcrübəsiz namizədlər: aptek satışları sahəsində işləməyə maraqlı, öyrənməyə açıq
Təcrübəli namizədlər: minimum 2 il aptek satışları və ya OTC sahəsində təcrübə
Digər tələblər:
Apteklərlə effektiv və nəticə yönümlü kommunikasiya bacarığı
Səyyar iş rejiminə uyğunluq
Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür
Təklif etdiklərimiz
700 – 1100 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
Premya sistemi
Yemək kartı
Benzin kartı
Geyim dəstəyi
Davamlı təlim və inkişaf imkanları
Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
Mövzü hissəsində vakansiya adını qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərin.
Necə Müraciət Etmək Olar
Orzax
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10733
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə