API-ləri ilə işləmək üzrə Proqramçı (GIS / Map Developer)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
“Nardaran İnvest” MMC API-ləri ilə işləmək üzrə Proqramçı (GIS / Map Developer) vakansiyasını elan edir
Şirkətimiz texnologiya və mühəndislik layihələri üzrə fəaliyyət göstərir. Komandamıza xəritə əsaslı sistemlərin hazırlanması və inkişafı üzrə təcrübəli GIS / Map Developer axtarılır.
Vəzifə öhdəlikləri:
Xəritə əsaslı tətbiqlərin hazırlanması və inkişaf etdirilməsi;
Xəritə API-ləri (Google Maps, Mapbox, OpenStreetMap və s.) ilə inteqrasiyanın həyata keçirilməsi;
Coğrafi məlumatların (GIS data) emalı və vizuallaşdırılması;
Xəritə üzərində obyektlərin, marşrutların və məlumat qatlarının yaradılması və idarə edilməsi;
Backend və frontend komandası ilə inteqrasiya işlərinin aparılması;
Mövcud xəritə sistemlərinin optimizasiyası və texniki dəstəyin göstərilməsi.
Namizədə dair tələblər:
Kompüter elmləri, proqramlaşdırma və ya müvafiq ixtisas üzrə ali təhsil;
JavaScript və ya digər proqramlaşdırma dillərində iş təcrübəsi;
Xəritə API-ləri və GIS sistemləri ilə işləmə təcrübəsi;
REST API ilə işləmə bacarığı;
Məkan məlumatlarının (geospatial data) işlənməsi üzrə biliklər;
Komandada işləmək bacarığı və məsuliyyətlilik.
Üstünlük veriləcək:
Leaflet, Mapbox GL JS, Google Maps və ya digər xəritə kitabxanaları ilə iş təcrübəsi;
PostGIS və ya digər geospatial verilənlər bazaları ilə işləmə bacarığı;
Web GIS layihələrində iştirak təcrübəsi.
Təminatlar:
Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək;
İş qrafiki: 5/2, 09:00–18:00;
İş yerinə Koroğlu metrostansiyasından servis xidməti;
Nahar ilə təmin olunma;
Könüllü tibbi sığorta.
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə göstərilənelektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Sea Breeze Resort & Residences
Other
Sea Breeze Resort & Residences — Xəzər dənizi sahilində yerləşən, Bakı şəhər mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə olan müasir kurort və yaşayış kompleksidir. Layihə istirahət və yaşamı birləşdirən konsept üzərində qurulub və geniş qumlu çimərlik, hotellər və müxtəlif növ daşınmaz əmlak seçimləri ilə seçilir. Kompleks ərazisində restoranlar, SPA və fitnes mərkəzləri kimi istirahət xidmətləri də mövcuddur. Sea Breeze eyni zamanda Agalarov Development şirkətinin flaqman layihəsi kimi təqdim olunur və geniş ərazidə qurulan premium infrastrukturla həm sakinlərə, həm də ziyarətçilərə ilboyu rahatlıq təmin etməyi hədəfləyir. Burada 24/7 marketlər, tibb və Anti-Aging mərkəzi, məktəb və uşaq bağçası, delivery xidmətləri, eləcə də yaxta və qayıqlar üçün körpü kimi imkanlar mövcuddur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11398
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+