Aparıcı Pivot Operatoru-Ceyrnçöl təsərrüfatı,Tovuz
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 5 iyun 2026
Təsvir
Pivot operatorlarının gündəlik fəaliyyətinə nəzarət etmək və iş bölgüsünü təşkil etmək
Pivotların check list üzrə yoxlanmasına nəzarət və nəticələrin düzgünlüyünü təmin etmək
Pivotların suvarma üçün vaxtında və düzgün işə salınmasını təşkil etmək
Suvarma prosesinin normativlərə uyğun aparılmasına nəzarət etmək
Suvarma normalarının düzgün tətbiqinə və optimallaşdırılmasına nəzarət etmək
Pivot sistemlərində yaranan nasazlıqları vaxtında aşkar etmək və aradan qaldırılmasını təşkil etmək
Batan pivotların çıxarılması prosesinə rəhbərlik etmək
Pivot təkər izlərinin doldurulması işlərini koordinasiya etmək
Suvarma keyfiyyətinin yoxlanılması və sınaqların prosedura uyğun aparılmasına nəzarət etmək
Suya qənaət və resurslardan səmərəli istifadənin təmin olunmasına nəzarət etmək
Mövsümə uyğun olaraq pivotların hazırlanmasını (xüsusilə qışa hazırlıq) təşkil etmək
Avadanlıqların, texnikanın və nəqliyyat vasitələrinin düzgün istifadəsinə və qorunmasına nəzarət etmək
Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
SƏTƏM qaydalarına və şirkət daxili prosedurlara riayət olunmasına nəzarət etmək.
Tələblər
Pivot suvarma sistemləri üzrə dərin bilik
Liderlik və komanda idarəetmə bacarığı
Problemləri operativ həll etmə qabiliyyəti
Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq
Texniki biliklər (elektrik və mexanika üzrə ilkin biliklər üstünlükdür).
Necə Müraciət Etmək Olar
Agro Dairy LLC
Manufacturing
Agro Dairy LLC Azərbaycanda fəaliyyət göstərən iri südçülük və aqrar-sənaye şirkətidir. Şirkət əsasən süd və süd məhsullarının istehsalı ilə məşğuldur və müasir texnologiyalar tətbiq etməklə yüksək keyfiyyət standartlarına uyğun məhsullar təqdim edir. Agro Dairy həm xammal istehsalı (heyvandarlıq), həm də emal prosesini vahid istehsal zənciri çərçivəsində idarə edir. Şirkət fəaliyyətində qida təhlükəsizliyi, innovativ istehsal və dayanıqlı kənd təsərrüfatı prinsiplərini əsas götürür. Agro Dairy daxili bazarın süd məhsullarına olan tələbatının qarşılanmasına töhfə verməklə yanaşı, aqrar sektorun inkişafı, yeni iş yerlərinin yaradılması və regionların iqtisadi potensialının gücləndirilməsi istiqamətində də mühüm rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17535
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+