Ana Səhifə
Vakansiyalar
İnsan Resursları (HR)
Təlim və İnkişaf

Aparıcı mütəxəssis (Kibertəhlükəsizlik təlimlərinin koordinasiyası üzrə)

Aparıcı mütəxəssis (Kibertəhlükəsizlik təlimlərinin koordinasiyası üzrə)

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 18 iyun 2026

Təsvir

  • Tərəfdaş qurumlardan təlimlərə cəlb edilməsi prosesinin təşkili;

  • Məzunların işə düzəlmə prosesinə dəstək: CV hazırlanması, işəgötürənlərlə ilkin əlaqələrin qurulması;

  • Karyera sərgilərinin və işəgötürənlərlə HR görüşlərinin təşkili;

  • Məzunlar üçün müsahibəyə hazırlıq və işəgötürənlərlə uyğunlaşdırma (matching) prosesinin idarə edilməsi;

  • Məzunların məşğulluğunun izlənməsi və aylıq hesabatlılığının qurulması;

  • Məzun icmasının (alumni community) formalaşdırılması və məzunlarla davamlı əlaqələrin saxlanılması;

  • Memorandum və sponsorluqların rəsmiləşdirilməsi prosesində dəstək verilməsi;

  • Vətəndaş müraciətlərinin qəbulu, emalı və vaxtında cavablandırılmasının təmin edilməsi;

  • Məzun günlərinin təşkili prosesinə administrativ dəstək verilməsi;

  • Hakatonların təşkilində inzibati dəstəyin göstərilməsi;

  • Tələbələrin universitet sənədləşmələrinin hazırlanması və akademik qeydiyyat prosesinin aparılması;

  • Universitetlərlə layihələr üzrə koordinasiyanın təşkili;

  • Universitetlərlə əlaqələrin qurulması və əməkdaşlıq sazişlərinin imzalanması prosesinin təşkili;

  • Əməkdaş universitetlərdə tədrisin təşkili və tədris prosesinin izlənməsinin idarə edilməsi.

Tələblər

  • İnformasiya Texnologiyaları, Menecment, Beynəlxalq əlaqələr və ya əlaqəli sahədə Bakalavr dərəcəsi;

  • Layihə idarəetmə sahəsində (büdcələmə, sənədlərin idarəsi daxil olmaqla) ən azı 2 il təcrübə;

  • Layihə idarəetmə metodologiyaları (məsələn, Agile, Scrum, Waterfall) haqqında yaxşı bilik və müvafiq sertifikatın olması (PMP,  PMI-ACP və s.);

  • Əla ünsiyyət və təşkilatçılıq bacarıqları;

  • Problemləri həll etmək üçün analitik düşüncə qabiliyyəti;

  • MS Office, JIRA və ya oxşar layihə idarəetmə alətlərindən istifadə bacarığı;

  • Çoxşaxəli mühitdə komanda işləmə təcrübəsi;

  • Rəsmi məktubların hazırlanması və ESD sistemində istifadə bacarığı.

Necə Müraciət Etmək Olar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17982

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya