Aparıcı Mühasib
Bakı
Tam Ştat
Orta Səviyyə
1.500 AZN-dən
Yerləşdirilib 15 dekabr 2025
Son Tarix: 15 yanvar 2026
Təsvir
Əməkhaqqı: 1500 AZN
İşin təsviri:
Şirkətin gündəlik və aylıq gəlir və xərc əməliyyatlarının düzgün uçota alınmasına nəzarət etmək;
Debitor və kreditor borcları üzrə əməliyyatları izləmək və uyğunlaşdırılmasını təmin etmək;
Bank, kassa və POS-terminal əməliyyatlarını uçota almaq və çıxarışlarla düzgün uzlaşdırmanı aparmaq;
Maliyyə göstəricilərində yaranan kənarlaşmaları vaxtında təhlil etmək və müvafiq şöbələrlə birgə aradan qaldırmaq;
Bütün əməliyyatların mühasibat uçotu hesablarında və registrlərdə düzgün əks etdirilməsinə nəzarət etmək;
Mühasibatlıq əməkdaşlarının gündəlik işlərinin icrasına nəzarət etmək;
Mənfəət və zərər (P&L), Balans hesabatı ,Pul vəsaiti hesabatlarını hazırlamaq və rəhbərinə təqdim etmək;
Rəhbərlik tərəfindən verilən gündəlik, həftəlik və aylıq tapşırıqların icrasını təmin etmək;
Tələblər
Mühasibatlıq və əlaqədar sahədə minimum 1 il iş təcrübəsi;
Pərakəndə satış (retail) sahəsində təcrübə üstünlükdür;
ERP proqramlarında işləmə bacarığı;
Microsoft Office proqramlarını — xüsusilə Excel — yaxşı səviyyədə bilmək;
Maliyyə hesabatları üzrə (Mənfəət-Zərər, Balans, Kassa hesabatı) orta səviyyədə bilik və praktiki bacarıq;
Real mühasibat uçotu üzrə biliklərinin kifayət qədər olması və inkişaf etdirməyə açıq olmaq;
Öz üzərində daimi işləmək, yeni bilik və bacarıqları qavramaqda aktiv yanaşma;
Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və operativlik;
Problem həll etmə və qərarvermə bacarığı;
Komandamızda olmaq istəyən namizədlər “CV”-lərini mövzu hissəsində vəzifə adını “Aparıcı Mühasib“ qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərə bilər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Toba Bike
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3131
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə