Əməkhaqqı: 1500 AZN
İşin təsviri:
Şirkətin gündəlik və aylıq gəlir və xərc əməliyyatlarının düzgün uçota alınmasına nəzarət etmək;
Debitor və kreditor borcları üzrə əməliyyatları izləmək və uyğunlaşdırılmasını təmin etmək;
Bank, kassa və POS-terminal əməliyyatlarını uçota almaq və çıxarışlarla düzgün uzlaşdırmanı aparmaq;
Maliyyə göstəricilərində yaranan kənarlaşmaları vaxtında təhlil etmək və müvafiq şöbələrlə birgə aradan qaldırmaq;
Bütün əməliyyatların mühasibat uçotu hesablarında və registrlərdə düzgün əks etdirilməsinə nəzarət etmək;
Mühasibatlıq əməkdaşlarının gündəlik işlərinin icrasına nəzarət etmək;
Mənfəət və zərər (P&L), Balans hesabatı ,Pul vəsaiti hesabatlarını hazırlamaq və rəhbərinə təqdim etmək;
Rəhbərlik tərəfindən verilən gündəlik, həftəlik və aylıq tapşırıqların icrasını təmin etmək;