Aparıcı mühasib

Tam Ştat

Orta Səviyyə

1.300 AZN-dən

Yerləşdirilib 14 may 2026

Son Tarix: 13 iyun 2026

Təsvir

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir);

  • AR Vergi Məcəlləsini bilməli;

  • Mühasibatlıq və maliyyə təlimlərində iştirak edilməsi əlavə üstünlükdür;

  • Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;

  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;

  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;

  • 1C 8.3 ERP proqramında yüksək səviyyədə istifadə bacarıqları;

  • Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il;

  • Azərbaycan dili mükəmməl səviyyədə, rus və ingilis dilləri arzuolunandır.

İş barədə məlumat

  • 1C proqramında mühasibat uçotunun avtomatlaşdırılmasının tətbiqi;

  • Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili;

  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köçürülməsi;

  • Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb, işlənməsi;

  • Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi;

  • İnventarlaşdırmada iştirak edilməsi;

  • Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etməsi;

  • Hesabat üçün məlumatların hazırlaması, mühasibat sənədlərinin qorunmasına nəzarətin edilməsi;

  • Gündəlik və aylıq hesabatların tərtib edilərək müvafiq Dövlət qurumlarına vaxtında təqdim edilməsi;

  • Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin edilməsi;

  • Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi

  • Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks olunmasını təmin edilməsi;

  • Maliyyə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;

  • Tapşırıqların operativ icra edilməsi.

Əlavə məlumatlar:

  • Əmək haqqı: Gross 1300 AZN

  • İş qrafiki: 5 gün, 09:00 – 18:00

  • Korporativ nömrə və danışıq balansı

Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Aparıcı mühasib” sözlərini qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16029

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Baş mühasib

Tam Ştat

Ali təhsil; Yaş həddi: 30-50; Müvafiq sahədə min. 5 il təcrübə; Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü; Kollektivlə ünsiyyət qurma bacarığı; Analitik təhlil etmə, strateji düşünmə bacarığı; Stressə davamlı; Azərbaycan, rus, ingilis dillərini mükəmməl səviyyədə bilməli; İş barədə məlumat Şirkətin maliyyə fəaliyyətini təhlil etmək; Maliyyə nəzarətinin həyata keçirilməsi, maliyyə hesabatlarının təhlilinin aparılması; Maliyyə hesabatlarının hazırlanması, mühasibat uçotuna dəyişiklik edilməsi və təkliflərin verilməsi; Maliyyə hesabatlarının MHBS-na uyğun transformasiyası; Strateji və əməliyyat planlarına uyğun illik büdcə proqnozlarının hazırlanması; Hesabatların hazırlanmasında iştirak və nəzarət edilməsi; Müqavilələrin qüvvədə qalma müddətinə nəzarət edilməsi, bitmə vaxtları barədə öncədən rəhbərliyə məlumat verilməsi; Faktiki büdcə ilə xərclərin fərqinə baxılması, büdcədən kənara çıxmamaq üçün təkliflərin verilməsi; Bütün xərclərə nəzarət edilməsi və hesabatın rəhbərliyə təqdim edilməsi; Xərclərin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi; Hesabatların dövri və illik hazırlanmasında iştirak edilməsi; Audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işlərin həyata keçirilməsi; Maliyyə KPİ-larının müəyyənləşdirilməsi; Proqnoz hesabatların hazırlanması; Pul vəsaitlərinin hərəkətinə və ödənişlərə nəzarət etmək; Xərclərin, debitor borcların,çatızmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi; Vergi mühasibatlığı ilə bağlı məsələlərin həllində iştirak etmək. Əlavə məlumatlar: Əmək haqqı: Gross 2500-3500 AZN İş qrafiki: 5 gün, 09:00 – 18:00 Korporativ nömrə və danışıq balansı Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Baş mühasib” sözünü qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Bakı