Baş mühasib
Bakı
Tam Ştat
Yüksək Səviyyə
2.500 - 3.500 AZN
Yerləşdirilib 5 may 2026
Son Tarix: 5 iyun 2026
Təsvir
Ali təhsil;
Yaş həddi: 30-50;
Müvafiq sahədə min. 5 il təcrübə;
Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü;
Kollektivlə ünsiyyət qurma bacarığı;
Analitik təhlil etmə, strateji düşünmə bacarığı;
Stressə davamlı;
Azərbaycan, rus, ingilis dillərini mükəmməl səviyyədə bilməli;
İş barədə məlumat
Şirkətin maliyyə fəaliyyətini təhlil etmək;
Maliyyə nəzarətinin həyata keçirilməsi, maliyyə hesabatlarının təhlilinin aparılması;
Maliyyə hesabatlarının hazırlanması, mühasibat uçotuna dəyişiklik edilməsi və təkliflərin verilməsi;
Maliyyə hesabatlarının MHBS-na uyğun transformasiyası;
Strateji və əməliyyat planlarına uyğun illik büdcə proqnozlarının hazırlanması;
Hesabatların hazırlanmasında iştirak və nəzarət edilməsi;
Müqavilələrin qüvvədə qalma müddətinə nəzarət edilməsi, bitmə vaxtları barədə öncədən rəhbərliyə məlumat verilməsi;
Faktiki büdcə ilə xərclərin fərqinə baxılması, büdcədən kənara çıxmamaq üçün təkliflərin verilməsi;
Bütün xərclərə nəzarət edilməsi və hesabatın rəhbərliyə təqdim edilməsi;
Xərclərin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
Hesabatların dövri və illik hazırlanmasında iştirak edilməsi;
Audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işlərin həyata keçirilməsi;
Maliyyə KPİ-larının müəyyənləşdirilməsi;
Proqnoz hesabatların hazırlanması;
Pul vəsaitlərinin hərəkətinə və ödənişlərə nəzarət etmək;
Xərclərin, debitor borcların,çatızmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
Vergi mühasibatlığı ilə bağlı məsələlərin həllində iştirak etmək.
Əlavə məlumatlar:
Əmək haqqı: Gross 2500-3500 AZN
İş qrafiki: 5 gün, 09:00 – 18:00
Korporativ nömrə və danışıq balansı
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Baş mühasib” sözünü qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Necə Müraciət Etmək Olar
Air Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15664
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə