Aparıcı Mühasib

Bakı,, KRAL, şadlıq, sarayanın, yanı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 1 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Müəssisənin mühasibat, vergi və maliyyə uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tam, dəqiq və şəffaf şəkildə aparılması;

  • AR Vergi Məcəlləsinin tələblərinə əsasən bütün növ vergi bəyannamələrinin (ƏDV, Mənfəət/Gəlir, Ödəmə Mənbəyində Vergi (ÖMV), Sadələşdirilmiş Vergi, Əmlak, Torpaq və Yol vergiləri) vaxtında, xətasız tərtib edilməsi və aidiyyəti üzrə dövlət orqanlarına təqdim edilməsi;

  • Məcburi Dövlət Sosial Sığorta (DSMF), İşsizlikdən Sığorta, İcbari Tibbi Sığorta (İTS) və Dövlət Statistika Komitəsinin aylıq, rüblük və illik hesabatlarının hazırlanması;

  • Elektron Vergi İdarəsi (e-taxes.gov.az) portalında sərbəst və operativ işləmə (e-qaimə fakturaların, elektron vergi hesab-fakturalarının (e-VHF) yazılması, qəbulu, e-müqavilələrin idarə edilməsi, vergi ödənişlərinin icrası və s.);

  • Vergi orqanları ilə yazışmaların aparılması, kameral uyğunsuzluq məktublarının vaxtında və qanunvericiliyə müvafiq formada cavablandırılması, üzləşmə aktlarının yoxlanılması;

  • İnternet və Mobil Bankçılıq sistemləri vasitəsilə yerli və beynəlxalq köçürmələrin, əməkhaqqı layihələrinin, vergi və digər dövlət rüsumlarının ödənişlərinin həyata keçirilməsi;

  • Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və son haqq-hesabların qanunvericiliyə uyğun hesablanması;

  • Müəssisədaxili ilkin mühasibat sənədlərinin (aktlar, hesab-fakturalar, avans hesabatları, kassa və bank sənədləri) tərtibi, yoxlanılması və arxivləşdirilməsi işinin təşkili.

Tələblər

  • Təhsil: Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat sahəsində ali təhsil;

  • Qanunvericilik biliyi: AR Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotuna dair qüvvədə olan normativ-hüquqi aktları mənimsəmək, qanunvericilikdəki dəyişiklikləri davamlı olaraq izləmək və praktikada tətbiq etmək bacarığı;

  • Proqram təminatı: 1C (8.3 versiyası) mühasibatlıq proqramında sərbəst işləmək bacarığı (vacib şərtdir);

  • Ofis proqramları: MS Office paketini, xüsusilə MS Excel proqramını operativ və yüksək səviyyədə (mürəkkəb düsturlar, hesabat cədvəllərinin qurulması) bilmək;

  • Analitik düşünmə, detallara qarşı diqqətli olma, rəqəmlərlə işləmək və yaranan problemləri təmkinlə həll etmək bacarığı;

  • Müvafiq sahədə ən azı 3-5 il davamlı iş təcrübəsi.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün, 09:00 - 18:00 (Şənbə və Bazar günləri istirahət);

  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə əsasında təyin olunacaqdır (Müəssənin nəzərdə tutduğu büdcə 1400-2000);

  • CV-ləri qeyd olunan mail adreslərinə göndərin "sadiqovanar@gmail.com" "qafar.quliyev@gmail.com"

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14304

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə