Vəzifə öhdəlikləri:
Müəssisənin mühasibat, vergi və maliyyə uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tam, dəqiq və şəffaf şəkildə aparılması;
AR Vergi Məcəlləsinin tələblərinə əsasən bütün növ vergi bəyannamələrinin (ƏDV, Mənfəət/Gəlir, Ödəmə Mənbəyində Vergi (ÖMV), Sadələşdirilmiş Vergi, Əmlak, Torpaq və Yol vergiləri) vaxtında, xətasız tərtib edilməsi və aidiyyəti üzrə dövlət orqanlarına təqdim edilməsi;
Məcburi Dövlət Sosial Sığorta (DSMF), İşsizlikdən Sığorta, İcbari Tibbi Sığorta (İTS) və Dövlət Statistika Komitəsinin aylıq, rüblük və illik hesabatlarının hazırlanması;
Elektron Vergi İdarəsi (e-taxes.gov.az) portalında sərbəst və operativ işləmə (e-qaimə fakturaların, elektron vergi hesab-fakturalarının (e-VHF) yazılması, qəbulu, e-müqavilələrin idarə edilməsi, vergi ödənişlərinin icrası və s.);
Vergi orqanları ilə yazışmaların aparılması, kameral uyğunsuzluq məktublarının vaxtında və qanunvericiliyə müvafiq formada cavablandırılması, üzləşmə aktlarının yoxlanılması;
İnternet və Mobil Bankçılıq sistemləri vasitəsilə yerli və beynəlxalq köçürmələrin, əməkhaqqı layihələrinin, vergi və digər dövlət rüsumlarının ödənişlərinin həyata keçirilməsi;
Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və son haqq-hesabların qanunvericiliyə uyğun hesablanması;
Müəssisədaxili ilkin mühasibat sənədlərinin (aktlar, hesab-fakturalar, avans hesabatları, kassa və bank sənədləri) tərtibi, yoxlanılması və arxivləşdirilməsi işinin təşkili.