Aparıcı mühasib
Tam Ştat
Orta Səviyyə
1.800 AZN-dən
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Azərbaycan Respublikasının qanunvericiliyinə, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmasının təmin edilməsi;
Mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatlarının (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, məhsulun satılmasının, daşınmaz əmlakların icarəyə verilməsinin, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirilməsi;
Aylıq, rüblük və illik ƏDV, Mənfəət, Vergi, DSMF və Statistika hesabatların hazırlanmasının və aidiyyəti orqanlara müəyyən edilmiş müddət ərzində təqdim edilməsinin təmin edilməsi;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunun və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtlı-vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
Məhsulun (işin, xidmətin) maya dəyərinin və hesabat kalkulyasiyasının tərtib edilməsi;
Elektron qaimələrin yazılmasının və bununla əlaqədar satış sənədlərinin, hesab fakturalarının, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanmasının təmin edilməsi;
“İnternet bankçılıq” üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) aparılması;
Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, işçi heyətinin əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsinin həyata keçirilməsi;
Əmək haqlarının, məzuniyyətlərin, ezamiyyələrin hesablanmasının və köçürülməsinin təmin edilməsi.
İş şəraiti:
İş yeri: Bak şəhəri;
5 günlük iş həftəsi;
Əmək haqqı 1800-2200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər:
3 il iş təcrübəsinin olması arzuolunandır;
Ali təhsil (Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə);
Azərbaycan dili mükəmməl, rus dili biliyi arzuolunandır;
1C və MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
Komandada işləmək bacarığı;
İşində məsuliyyətli, operativ və dəqiq olmaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədəAparıcı mühasib*”** qeyd edərək göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Necə Müraciət Etmək Olar
ARNE Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13124
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə