Şirkətlərə Qayıt
ARNE Group MMC

ARNE Group MMC

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

ARNE Group MMC

Memar-dizayner

ARNE Group MMC

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Dizayn layihələrinin konsepsiya mərhələsindən son tamamlanma mərhələsinə qədər (memarlıq/interyer/eksteryer) idarə edilməsi; Sahələri ziyarət edilməsi, layihələr üzrə şərtlərin və məhdudiyyətlərin qiymətləndirilməsi; Memarlıq ölçülərinin qəqiq hazırlanması; Plan məlumatlarının düzgünlüyünə görə eskizlərin çəkilməsi və CAD fayllarına çevirilməsi; Təhlükəsizlik, funksionallıq, ərazinin səmərəliliyi və estetikasını nəzərə alaraq interyer layihələrinin yaradılması; Sahələrin mexaniki, elektrik və santexnika sistemləri nəzərə alınmaqla ətraflı layihə çertyojlarının (Mərtəbə Planları, Yüksəkliklər, tavan, döşəmə və s.) hazırlanması; Layihənin həcminə və büdcəsinə uyğun olan ən optimal dizayn variantlarının, materialların və avadanlıqların müəyyən edilməsi; Tələb olunan çertyojlar, spesifikasiyalar və layihə ilə bağlı məlumatların hazırlanması; Mebel, işıqlandırma, son tamamlama materiallarının və s. detallı spesifikasiyalarının hazırlanması; Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə layihə qrafiklərinin izlənilməsi; Layihəyə və ya konsepsiyaya əsaslanaraq müvafiq proqram vasitələri ilə visual görünüşlərin hazırlanması. İş şəraiti: 5 günlük iş həftəsi (09:00 – 18:00); Əmək haqqı 2000-2500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır). Namizədə dair tələblər: Ali təhsil (Memarlıq və İnşaat, İncəsənət Universitetlərini bitirənlərə üstünlük verilir); Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır; Memarlıq, sahə planlaması və interyer dizaynı sahələrində 3 illik peşəkar təcrübə; Tikinti materialları, inşaat detalları və qaydaları, müvafiq normativlər və keyfiyyət standartları haqqında biliklər; AutoCAD, SketchUp, 3D Max, Illustrator, Revit, Corona, Photoshop, MS Office proqramlarından yüksək istifadə bacarığı; Komandada işləmək bacarığı; İşində məsuliyyətli, operativ və dəqiq olmaq; Sahə üzrə fəaliyyət və müvafiq layihələrdə iştirak portfoliosu əlavə olunmalıdır (portfolio olmayan CV-lərə baxılmayacaq). Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Memar-dizayner” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

ARNE Group MMC

Aparıcı mühasib

ARNE Group MMC

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Azərbaycan Respublikasının qanunvericiliyinə, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmasının təmin edilməsi; Mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatlarının (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, məhsulun satılmasının, daşınmaz əmlakların icarəyə verilməsinin, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirilməsi; Aylıq, rüblük və illik ƏDV, Mənfəət, Vergi, DSMF və Statistika hesabatların hazırlanmasının və aidiyyəti orqanlara müəyyən edilmiş müddət ərzində təqdim edilməsinin təmin edilməsi; Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunun və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtlı-vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi; Məhsulun (işin, xidmətin) maya dəyərinin və hesabat kalkulyasiyasının tərtib edilməsi; Elektron qaimələrin yazılmasının və bununla əlaqədar satış sənədlərinin, hesab fakturalarının, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanmasının təmin edilməsi; “İnternet bankçılıq” üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) aparılması; Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, işçi heyətinin əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsinin həyata keçirilməsi; Əmək haqlarının, məzuniyyətlərin, ezamiyyələrin hesablanmasının və köçürülməsinin təmin edilməsi. İş şəraiti: İş yeri: Bak şəhəri; 5 günlük iş həftəsi; Əmək haqqı 1800-2200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır). Namizədə dair tələblər: 3 il iş təcrübəsinin olması arzuolunandır; Ali təhsil (Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə); Azərbaycan dili mükəmməl, rus dili biliyi arzuolunandır; 1C və MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı; Komandada işləmək bacarığı; İşində məsuliyyətli, operativ və dəqiq olmaq. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədəAparıcı mühasib*”** qeyd edərək göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.