Aparıcı Məhsul Sahibi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 2 aprel 2026
Təsvir
Məhsulun strategiyasının, yol xəritəsinin, vizyonunun və dəyər təklifinin formalaşdırılması, konsepsiyasının hazırlanması, araşdırma mərhələsinin həyata keçirilməsi və MVP meyarlarının müəyyənləşdirilməsi, nəticələrə görə başlanğıcdan sona qədər məsuliyyətin daşınması;
Məhsul üzrə ehtiyacların və maraqlı tərəf tələblərinin müəyyənləşdirilməsi, rüblük hədəflərin müəyyən edilməsi və məhsul strategiyasının təşkilatın ümumi strategiyası və hədəfləri ilə uyğunlaşdırılmasının təmin edilməsi;
Məhsulun backlog-unun yaradılması, prioritetləşdirilməsi (dəyər–əmək balansı əsasında), dəqiqləşdirilməsi və buraxılış planlamasının həyata keçirilməsi;
Biznes tələblərinin istifadəçi hekayələrinə və qəbul meyarlarına çevrilməsinin, texniki komandaya dəqiq ötürülməsinin və komandanın hədəflər üzrə fəaliyyətinin koordinasiya edilməsi və icrasına nəzarətin həyata keçirilməsi;
Dizayn və inkişaf prosesində istifadəçi-mərkəzli və vətəndaş-yönümlü yanaşmanın təmin edilməsi, istifadəçi araşdırmalarının və istifadə rahatlığı testlərinin təşkili, məhsul qərarlarının məlumat əsasında əsaslandırılmasının təmin edilməsi;
Biznes analitik və məhsul dizayn komandaları ilə koordinasiyada davamlı təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsi;
Məhsulun rəqəmsal strategiyalara, normativ aktlara və daxili qaydalara uyğunluğunun təmin edilməsi;
Dəyərin maksimumlaşdırılması məqsədilə həcm və ardıcıllıq balansının qurulması və zəruri kompromis qərarlarının qəbul edilməsi;
Çoxfunksiyalı komandaların cəlb olunduğu mürəkkəb təşəbbüslərin idarə edilməsinin və koordinasiyasının həyata keçirilməsi;
Komandada liderlik və əməkdaşlıq mühitinin formalaşdırılması, innovativ və analitik düşüncə tərzinin tətbiq edilməsi, qeyri-müəyyən şəraitdə struktur və inam mühitinin formalaşdırılması, empatik və innovasiyanı təşviq edən iş yanaşmasının tətbiq edilməsi.
Tələblər
Ali təhsil;
Sahə üzrə 2-5 il arası peşəkar təcrübə (dövlət, biznes, xidmət, e-ticarət, opensource);
Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də qanun, fərman və sərəncamlar anlayışına malik olmaq;
G2C/G2G/G2B/ məhsullarının idarə edilməsində təcrübəyə malik olmaq;
Texniki həlləri qavramaq və qiymətləndirmək bacarığına malik olmaq, müasir "web arxitektura" anlayışlarını başa düşmək (məsələn, mikroservislər, API və s.);
Effektiv kommunikasiya qurmaq qabiliyyətinə sahib olmaq;
Komanda ilə şləmə və komandanı idarəetmə bacarığı;
Problem həll etmə və dəyişiklikləri idarəetmə bacarığı;
Sistem analizi, Re-design və PRD sənədlərini hazırlama bacarığı;
Agile və ya Design thinking üzrə təcrübəyə və biliklərə malik olmaq;
Jira, Confluence və Figma kimi alətlərdən istifadə təcrübəsi.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10270
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200