Aparıcı layihə meneceri

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 5 may 2026

Son Tarix: 4 iyun 2026

Təsvir

  • İRİA-nın Rəqəmsal məhsullar departamentinə qoşulmaq üçün məhsul idarəetmə bacarıqlarına malik güclü Layihə meneceri axtarırıq. Bu vəzifə mygov platformasının yeni G2B (Dövlət – Biznes) istiqamətində aparılan təşəbbüslərin idarəetməsini öz üzərinə götürəcək. Rolun əsas məqsədi sahibkarlar və bizneslər üçün dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını təmin etmək, dövlət platformaları ilə özəl sektor arasında inteqrasiyanı gücləndirməkdir.

  • Namizəd həm praktiki layihə menecmenti, həm də strateji məhsul idarəçiliyi bacarıqlarına malik olmalıdır. Layihə çərçivəsində daxili və xarici maraqlı tərəflərilə (vendorlarla) güclü kommunikasiya mexanizmi qurmaq, layihənin proqresini təmin etmək və nəticəyönümlü yanaşma sərgiləmək əsas tələblərdəndir. Eyni zamanda layihə sonunda buraxılacaq məhsula sahiblik edərək onun davamlı inkişafına məsul olacaqsınız. Bu rolda siz biznes mühitinin sadələşdirilməsinə və ölkənin e-hökumət ekosisteminin inkişafına xidmət edən rəqəmsal xidmətləri dizayn edib genişləndirəcəksiniz.

Tələblər

  • Məhsulun ümumi vizyonunu formalaşdırmaq, dəyər təklifini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək.

  • Məhsulun beynəlxalq vendor ilə birgə yaradılaraq idarə olunmasını təmin etmək; statusların izlənməsi, risklərin və asılılıqların idarə edilməsi, layihə planının yerinə yetirilməsinə nəzarət etmək.

  • Layihə sənədlərini (Project Charter, Roadmap, Risk Register, Stakeholder Map və s.) hazırlamaq, yeniləmək və idarə etmək; mərhələlərin (milestone) uğurlu icrasını və effektiv hesabatlılığı təmin etmək.

  • Büdcə, resurs, keyfiyyət və vaxt çərçivələrini effektiv idarə etmək, dəyişikliklərə qarşı çevik qərarlar qəbul etmək.

  • Tapşırıqları və komanda fəaliyyətini layihə idarəetmə alətləri (Jira, Confluence və s.) vasitəsilə planlaşdırmaq, prioritetləşdirmək və izləmək.

  • Maraqlı tərəflərlə (dövlət qurumları, vendor, texniki və məhsul komandaları) koordinasiyanı təmin etmək; qarşılıqlı gözləntiləri və qərarvermə prosesini idarə etmək.

  • Effektiv və müasir təqdimatlar hazırlamaqla, məhsul/layihə barədə məlumatlılığı təmin etmək.

  • Layihənin keçid mərhələsini məhsula çevrilməyə hazırlamaq — davamlı inkişaf, ölçülə bilən nəticələr və istifadəçi yönümlü məhsul idarəçiliyi üçün əsasları qurmaq.

  • Backlog-u formalaşdırmaq və idarə etmək; məhsul komandası üçün tapşırıqları müəyyənləşdirmək, user story və acceptance kriteriyaları hazırlamaq, davamlı inkişaf prosesini idarə etmək.

  • Mümkün olduqca Agile metodologiyalarını (Scrum, Kanban) tətbiq etmək, məhsul və icra proseslərinin müvafiq metriklərini izləmək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirib həyata keçirmək.

  • Layihə və məhsul strategiyasını KPI-lar və təşkilatın rəqəmsal strategiyası ilə uyğunlaşdırmaq, normativ və hüquqi tələblərə riayət olunmasını təmin etmək.

  • Qeyri-müəyyənlik şəraitində struktur və prioritetlər formalaşdırmaq, innovativ və çevik yanaşmalar tətbiq etmək.

  • Komanda motivasiyasını və əməkdaşlıq mühitini qorumaq; məsuliyyət, şəffaflıq və hesabatlılıq mədəniyyətini təşviq etmək.

Digər tələblər

  • Ali təhsil və minimum 4 il layihə və ya məhsul idarəetməsi üzrə təcrübə (dövlət və biznes/korporativ istiqamətlər üstünlükdür).

  • Qanunvericilik aktlarının məhsul proseslərinə tətbiqini başa düşmək və təmin etmək bacarığı.

  • G2C/G2G/G2B məhsullarının idarə olunmasında praktiki təcrübə arzuolunandır

  • Müasir veb arxitekturalar: mikoservislər, API-lər üzərindən inteqrasiya, vahid giriş (SSO) və s. üzrə biliklər.

  • Texniki həlləri qiymətləndirmək, sistem analizi aparmaq, məhsul tələbləri (PRD) və yenidən dizayn sənədləri hazırlamaq bacarığı.

  • Strateji yol xəritəsi hazırlama və yüksək səviyyəli maraqlı tərəflərlə iş üzrə bacarıq.

  • Yazılı və şifahi ingilis dili biliyi vacibdir (rus dili üstünlükdür).

Texniki alətlər: MS Project, Jira, Clickup, AI modelləri və s. ilə işləmə təcrübəsi.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15821

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Böyük sistem inzibatçısı

Tam Ştat

İnfrastrukturun texniki dizaynını, resurs planlamasının və inkişaf istiqamətlərinin müəyyən edilməsi; Serverlər, virtualizasiya və konteyner sistemləri üzrə optimallaşdırma və miqrasiya proseslərinin həyata keçirilməsi; Mikroservis mühitlərində avtomatlaşdırılmış yerləşdirmə və inteqrasiyaya nəzarət edilməsi; CI/CD və avtomatlaşdırma proseslərinin işləkliyini təmin edilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi; İnfrastruktur monitorinqi və loglama sistemlərinin düzgün işləməsinə nəzarət edilməsi; İnfrastrukturun fəlakətdən bərpa planlarının hazırlanması və testlərinin aparılması; Yeni texnologiyaların tətbiqi üçün sınaq və qiymətləndirmə işlərinin aparılması,İT infrastrukturunun Linux əsaslı server və xidmətlərinin fasiləsiz işləməsinin təmin edilməsi; Serverlərdə sistem və tətbiq səviyyəsində nasazlıqlarının müəyyən edilməsi, bərpa və optimallaşdırma tədbirlərinin görülməsi; Mikroservis infrastrukturunun işləkliyinə nəzarət edilməsi, konteynerlərin (Docker, containerd) idarəsinin və xidmətlərin sabitliyinin təmin edilməsi; Konteyner orkestrasiya sistemləri (Kubernetes, Nomad) vasitəsilə sistemlər arasında resurs idarəetməsinin və miqyaslanmanın həyata keçirilməsi; CI/CD proseslərində (GitLab CI, Jenkins) sistem mühitlərinin sabitliyinə və buraxılış ardıcıllığına nəzarət edilməsi; Avtomatlaşdırma vasitələri (Ansible, Terraform) ilə sistemlərin konfiqurasiya və yerləşdirmə proseslərinin həyata keçirilməsi; Backup və bərpa mexanizmlərinin işləməsinə nəzarət edilməsi, ehtiyat nüsxələrin saxlanması və bərpa sınaqlarının icra edilməsi; Sistem resurslarının istifadəsinin izlənməsi, performans göstəricilərinin təhlil edilməsi və optimallaşdırma təkliflərinin verilməsi; Monitorinq və loqlama sistemlərindən (Prometheus, Grafana, ELK) istifadə edərək infrastrukturun vəziyyətinin izlənməsi; Sistemlərdə baş verən dəyişikliklərin sənədləşdirilməsi və Git mühitində qeydiyyata alınması; Vəzifəcə kiçik inzibatçılara texniki dəstək və məsləhət verilməsi, bilik paylaşımında iştirak edirlməsi; Yeni texnologiyaların tətbiq edilməsi, test mühitlərinin hazırlanması və nəticələrin qiymətləndirilməsində iştirak edilməsi; AI və ML əsaslı sistemlərin işlədiyi infrastruktur mühitinin hazırlanması və dəstəklənməsi; AI və Machine Learning sistemlərinin ümumi işləmə prinsipləri haqqında anlayış; GPU əsaslı workload-ların idarə olunması; Hesabatlılığın təmin olunması üçün dəstək göstərir.