"Rəqəmsal Zəka" II Təcrübə proqramı
Təcrübə
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 10 may 2026
Təsvir
Aşağıdakı təcrübə istiqamətləri üzrə "Rəqəmsal Zəka" II dalğası başlayır:
Data və Süni intellekt (Data Engineering, AI, Business Analytics)
Proqramlaşdırma və Rəqəmsal həllər (Software Development, QA, UI/UX Design)
İnnovasiya (Innovation Strategy, Technoparks, Project Management)
İnsan resursları (Tech recruitment, Employee engagement)
Hüquq, Risk və Maliyyə (Corporate Law, Compliance, Risk Management, Budgeting)
Müştəri təcrübəsi və Rəqəmsal marketinq (Customer Loyalty, Digital Marketing, Contact Center)
Tələblər
1. Ümumi tələblər (Bütün istiqamətlər üçün):
Ali təhsil müəssisələrinin sonuncu kurs tələbəsi və ya yeni məzun (bakalavr/magistr);
Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti, ingilis və ya rus dili bilikləri (sahədən asılı olaraq) vacibdir;
Analitik düşünmə, komandada işləmə qabiliyyəti, öyrənməyə həvəs və yüksək məsuliyyət hissi;
AI alətlərdən istifadə bacarığı;
Excel, Word və PowerPoint proqramları ilə işləmək bacarığı.
2. Sahə üzrə spesifik tələblər:
Data və süni intellekt - Riyazi biliklər, SQL, Python və ya R proqramlaşdırma dilləri ilə tanışlıq, data vizuallaşdırma marağı;
Proqramlaşdırma - Alqoritmik düşüncə, Veb (HTML/CSS/JS) və ya Mobil (Flutter/Swift/Kotlin) inkişaf sahələrində baza bilikləri;
İnnovasiya - İnnovasiya strategiyaları, vençur və investisiya mühiti, beynəlxalq partnyorluqlar və texnoparklarla iş mexanizmlərinə maraq. Layihələrin planlaşdırılması, KPI monitorinqi və strateji hesabatlılıq bacarığı;
Maliyyə - Mühasibat uçotu və audit, Maliyyə və ya İqtisadiyyat üzrə təhsil. Mühasibat sənədlərinin hazırlanması, ilkin uçot əməliyyatları və büdcə planlaşdırılması prosesləri ilə tanışlıq;
İnsan resursları - İR sahəsində karyera qurmaq marağı, güclü kommunikasiya və təşkilatçılıq bacarıqları;
Hüquq - Mülki və korporativ hüquq normaları haqqında nəzəri biliklər, hüquqi sənədlərlə işləmək həvəsi;
Müştəri təcrübəsi və marketinq - Rəqəmsal trendləri izləmə bacarığı, kreativ yanaşma və vətəndaşlarla peşakar ünsiyyət.
Üstünlük verilir:
Müvafiq sahə üzrə sertifikatlar (məsələn, Google, Microsoft və ya Coursera üzərindən);
Daha əvvəl könüllü fəaliyyətlərdə və ya kiçik layihələrdə iştirak təcrübəsi;
Texnoloji trendləri (AI, rəqəmsallaşma) yaxından izləmə.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15825
İş Növü
Təcrübə
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200