Aparıcı İT biznes analitik
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 yanvar 2026
Son Tarix: 4 mart 2026
Təsvir
İT layihələrində maraqlı tərəflərlə (stakeholder) görüşlər keçirmək və "DoR" (başlanğıc üçün tələblər) müəyyənləşdirmək;
İT layihələrinin tələblərinin toplanması, texniki tapşırıqların hazırlanması və texniki komandaya ötürmək;
G2G, G2B biznes modellərini anlamaq və həll yolları vermək;
Mövcud biznes proseslərini və mövcud rəqəmsal məhsulları təhlil edərək onların optimallaşdırılması və avtomatlaşdırılması üçün həllər təklif etmək;
Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak etmək;
Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin mapping-ı (flow chart-ların hazırlanması);
Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif etmək;
Sistem dizaynı tələblərini müəyyənləşdirmək, sistem dizaynında iştirak etmək;
Yeni başlayan əməkdaşlara (təcrübəçilərə) mentorluq etmək.
Tələblər
İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə İT Biznes Analitik kimi minimum 2 (iki) il iş təcrübəsi;
İngilis dili – Upper Intermediate səviyyəsində bilik (Rus dili arzuolunandır);
Figma, Jira və Confluence alətləri ilə işləmək üzrə praktiki bacarıqlar;
Sistem dizayn üzrə biliklərin olması (C4 Modeli): informasiya sistemlərinin Kontekst, Konteyner və Komponent səviyyələrində modelləşdirilməsi, arxitektura quruluşunun və sistemlərarası inteqrasiyaların diaqramlar vasitəsilə sənədləşdirilməsi;
Məlumat bazası texnologiyaları (relational və non-relational) üzrə yüksək səviyyədə işləmə bacarığı;
BPMN və UML modelləşdirmə dilləri üzrə biliklər və praktik tətbiq təcrübəsi;
Camunda platforması vasitəsilə biznes proseslərinin modelləşdirilməsi üzrə yüksək səviyyədə işləmə bacarığı;
OpenAPI (Swagger) – OAS 3.x standartları üzrə biliklər, API spesifikasiyalarının hazırlanması və təhlili bacarığı;
BRD, FRD (o cümlədən qeyri-funksional tələblər), SRS və API texniki sənədlərinin hazırlanması üzrə bacarıqlar;
G2B (Government-to-Business) domenində İT Biznes Analitik kimi iş təcrübəsi – dövlət qurumları ilə özəl sektor arasında rəqəmsal xidmətlərin qurulması, biznes proseslərinin analizi və tələblərin toplanması sahəsində praktiki iştirak (üstünlükdür);
İxtisas üzrə beynəlxalq sertifikatların (IIBA, PMI və s.) olması (üstünlükdür);
Yüksək səviyyədə analitik düşünmə, sistemli yanaşma və problem həll etmə bacarığı;
Nəticəyönümlü, öyrənməyə və peşəkar inkişafa açıq olma.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#6229
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200