Aparıcı biznes analitik
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 24 fevral 2026
Son Tarix: 25 mart 2026
Təsvir
- Rəqəmsal yetkinliyin qiymətləndirilməsində dəstək olunması və məlumatların toplanılması;
- Rəqəmsallaşma layihələrində tərəfdaşlarla görüşlərdə iştirak edilməsi və qeydlərin hazırlanması;
- Layihələrin təhlilində kömək edilməsi, məlumat toplanması və icra prosesində iştirak edilməsi;
- BPMN, UML və digər metodlarla diaqramların hazırlanması və texniki sənədlərin hazırlanmasına dəstək verilməsi;
- G2G, G2B, G2C biznes modellərinin anlaşılması və mövcud layihələr üçün həll təkliflərinin verilməsi;
- Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində icra və dəstək səviyyəsində iştirak edilməsi;
- Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər hazırlamağa dəstək verilməsi;
- Sistem dizaynı tələblərinin müəyyənləşdirilməsi və dizayn prosesində dəstək olunması;
- Şöbə müdirinin və departament rəhbərliyinin texniki tapşırıqlarının icra edilməsi və hesabat verilməsi;
- Yeni texnologiyalar, rəqəmsal trendlər və beynəlxalq təcrübələri araşdıraraq mövcud layihələrdə tətbiqi ilə bağlı tövsiyələrin verilməsi;
- Mövcud biznes proseslərinin və rəqəmsal həllərin təhlilində dəstək olunması və avtomatlaşdırma üçün təkliflərin hazırlanması;
- Verilənlər bazası üzrə sorğuların aparılması və məlumatların təhlilinə dəstək verilməsi;
- Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunması;
- Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.
Tələblər
- ali təhsil (rəqəmsal transformasiya, informasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem analizi, dizayn və ya müvafiq sahələr);
- Biznes proses analizi və rəqəmsal transformasiya sahəsində ən azı 3–4 il iş stajı;
- biznes proses modelləşdirmə dilləri (BPMN, UML);
- API inteqrasiyası və məlumat mübadiləsi prinsipləri barədə anlayış;
- SQL və ya digər verilənlər bazası sistemləri üzrə baza bilikləri;
- analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- istifadəçi tələblərinin toplanması və sənədləşdirilməsi;
- vizual diaqramlar və prototiplərin hazırlanması;
- komanda ilə işləmə və effektiv ünsiyyətqurma;
- yaradıcı yanaşma, dəqiqlik, məsuliyyət, dəyişikliklərə adaptasiya bacarığı;
- dəyişikliklərə uyğunlaşma bacarığı;
- azərbaycan dili – sərbəst; İngilis dili – texniki sənədləşdirmə və peşəkar ünsiyyət səviyyəsində; Rus dili üstünlükdür;
- Figma, Jira, Confluence kimi alətlərlə işləmə bacarığı;
- sistem dizayn biliklərinin olması;
- BRD, FRD, SRS sənədlərini tərtib etmək bacarıqları;
- dataları sorğulayaraq onları analiz edib mövcud proseslərdə dəyişiklik tələblərinin çıxarılması;
- Agile/Scrum və ya Waterfall metodologiyaları barədə bilik;
- ixtisas üzrə beynəlxalq sertifikatların olması üstünlükdür;
- Fərqli domenlərdə Rəqəmsallaşma, İT Biznes Analitik kimi iş təcrübəsinin olması (məsələn: Rəqəmsal Dövlət, Rəqəmsal Bankçılıq, FinTech və s.)
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9628
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
51-200